Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

İki azyaşlı uşaq donaraq öldü

Suriyada 2 azyaşlı uşaq donaraq ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Suriyanın Türkiyəyə sərhəd ərazisində yerləşən Atme bölgəsindəki düşərgədə baş verib.

Həlak olan uşaqlardan birinin 6 aylıq, digərinin isə 2 yaşında olduğu bildirilir. Onların ailələri ilə birlikdə bir neçə ay öncə yaşadıqları ərazini müharibə səbəbi ilə tərk etdiyi, sözügedən düşərgəyə sığındığı bildirilir. Azyaşlıların valideynləri övladlarını qorumaq üçün buraya gəldiklərini, lakin onları qoruya bilmədikləri üçün özlərini günahkar hiss etdiklərini deyiblər.

Qeyd edək ki, həyatlarını itirən uşaqlar Atme bölgəsində, yaşadıqları düşərgənin yaxınlığında dəfn ediliblər.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18