Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2016

Adı Ağahüseyn olan "Yezidin yolunu gedən"nin cinayətləri - Gəncədə

Gəncə sakinindən saytımıza məktub.

Məktubu olduğu kimi təqdim edirik:

Xatırladıram ki, son vaxtlar Gəncə şəhərində keçirilən İmam Hüseynin (ə) Tasua və Aşura mərasimindən öncə İslam funksiyanerlərini ayrı ayrılıqda Kəpəz rayonu polis şöbəsinə çağırılaraq, onlarla kobud rəftar edərək, İslam rəhbərlərini təhqir edib və Qurani Kərimin qanunlarına zidd hərəkətlər etmişdir.
Həmişə sözlərində belə qeyd edərdi: "Biz oturdugumuz bu masanı heç kəsə vermerik. Bilirsinizmi ki, mən bunu canım bahasına əldə etmişəm sizə verən deyiləm mən burda həmişəlikəm".
Və bunu da qeyd edim ki, şəhərimizin İslam alimlərindən birinə və Peyğəmbər libasına hörmətsizlik edərək, həmin dəyərli İslam aliminə 15 günlük həbs vermişdir. Daha sonra isə şərt qoymuş ki "ya bu peyğəmbər libasını geyinməcəksən, İslamı təbliğ etmiyəcəksən ya da bu şəhəri tərk edəcəksən".
Alim isə bu şərtlərə məhəl qoymadığına görə adı Ağahüseyn olan "Yezidin yolunu gedən" zalım məmur həmin dəyərli şəxsiyyəti şərləyib 3 il azadlıqdan məhrum etmişdir.
Şəhərimizin digər alim və mömin qardaşlarına fərəh hissi ilə deyirdi: "Sizləri də bir bir şərləyib, üzünüzə durub tutduracam mən burda əbədiyəm".
Mən bu şərhdə adı Ağahüseyn olan "Yezidin yolunu gedən"nin 25 illik cinayətlərindən 25 dəqiqəsini sizlərə çatdırdım.

"Allah her şeyi görüb və biləndi bir vaxt gələrki, zalimlər rəzil olar məzlumlar vəzir olar".

Leyla Həsənzadə
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...