Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2016

İraqlı xanım deputatın Bəhreyn XİN rəhbərinə cavabı

Mirat əl-Bəhreyn saytı İraq parlamentinin deputatı, İraq İradəsi Hərəkatının rəisi Hənnan əl-Fətlavi Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifənin sözlərinə reaksiya verib.
Xalid bin Əhməd yəkəxanalıq edərək, İŞİD-lə vuruşan İraq könüllü qüvvələrini terrorçu adlandırmışdı.
O, habelə Ayətullah Sistanidən istəmişdi ki, İraq könüllü qüvvələrinin ləğv edilməsi barədə fətva versin.
Əl-Fətlavi Bəhreyn XİN rəhbərinin bu sayıqlamasını İraqın daxili işlərinə dəxalət kimi dəyərləndirib və deyib: Əgər xalq könüllü qüvvələri (əl-həşd əş-şə`bi) olmasaydı, İraq adlı bir şey qalmamışdı. Əgər xalq könüllü qüvvələri olmasaydılar, İŞİD sizin evlərinizə girərdi. Sizi narahat edən məsələ budur. Çünki siz İraqın İŞİD-in əlinə düşməsini arzu edirdiniz.
O, Xalid bin Əhmədə xitabla deyib: Sən kimsən ki, Ayətullah Sistaniyə tövsiyə etmək istəyəsən?
Əl-Fətlavi Bəhreyn XİN rəhbərinin böyük bədənini vəsf edərkən “ət topu” sözünü istifadə edərək deyib: Bizim təqlid mərcələrimizə tövsiyə etmək əvəzinə, öz ölkənin işlərilə məşğul ol.
O deyib: Mən buna ... nəsihət edirəm ki, İraqın daxili işlərinə qarışınca, insan haqlarının pozulduğu, azadlıqların tapdandığı ölkəsinin işlərilə məşğul olsun.
O əlavə edib: Özünün yağda üzən yeməklərinin növünə fikir ver ki, ət topuna oxşamağına səbəb olub və hərəkət, dərk və fəhmini azaldıb. Sən elə bir məqamda deyilsən ki, Ayətullah Sistaniyə tövsiyə etmək istəyəsən. İraqı vahid saxlayan və torpaqlarını qoruyan Ayətullah Sistaninin uzaqgörənliyidir.
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01
"Bıçaq