Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Amerika Tədqiqatlar Assosiasiyası İsraili boykot edib

ABŞ-ın beş mindən artıq alim və elmi tədqiqatçısı olan tanınmış elm mərkəzlərindən olan Amerika Tədqiqatlar Assosiasiyası (ATA) üzvlərindən 66 faizinin səs verməsilə İsrail dövlətinin akademik işlər baxımından boykot edilməsinə qərar verilib.

SalamNews-un "əl-Həyat" qəzetinə istinadla verdiyi xəbərə görə, Assosiasiya üzvləri bunu İsrail dövlətinin fələstinlilərə qarşı yürütdüyü siyasətlə əlaqələndirirlər.

“Verilən bu qərar təhsildən və azad akademik fəaliyyətdən məhrum edilmiş insanlar, xüsusilə də fələstinlilərlə həmrəylik məqsədi daşıyır. İsrail beynəlxalq qanunlara və BMT qərarlarına məhəl qoymur.”, - ATA–nın bəyanatında deyilir.

Bildirək ki, ATA-nın bu qərarına İsrailin Təhsil və Texnologiya Nazirliyi tərəfindən qəti və kəskin etiraz edilib. ABŞ-da fəaliyyət göstərən Dünya Yəhudi Konqresi də sözügedən qərara etirazını bildirib.
1443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber