Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2016

Sumqayitda devalvasiya əleyhinə mitinq baş tutmadı

Sumqayıtda gözlənilən etiraz aksiyasının baş tutmasına imkan verilməyib. Şəhər İcra hakimiyyətinin işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları obyektləri söküləcək iş adamları ilə görüşüb, problemin həll ediləcəyini vəd veriblər. Bu barədə istiqlal-a Sumqayıtdakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, iş adamlarını sakitləşdirmək mümkün olsa da, məsələ hələ açıq qalıb: Əgər vədlər yerinə yetirilməsə, aksiyalar yenidən gündəmə gələcək.

***

Bu gün saat 15 radələrində Sumqayıtda da bahalaşmaya etiraz olaraq aksiya keçirilməsi planlaşdırılır.

Aksiya Zakir Fərəcovun son günlər kiçik və orta sahibkarlara məxsus onlarla mağazanı sökdürməsi və bahalıq əleyhinədir.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22
B