Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2016

Suriya ordusu Türkiyə sərhədini ələ keçirdi

Suriya ordusu Rusiya qırıcıların havadan dəstəyi ilə Türkiyə sərhədinin yaxınlığındakı Türkman Dağı bölgəsində 6 qəsəbəni terrorçulardan geri alıb.

Şiddətli atışmalardan sonra Suriya ordusu Resel Kebir, Rasel Qazzel, Bayt Ablak, Jabal Sindiyan, Şüküriyyə və Kabakliyahaya nəzarəti ələ keçirib.

Atışmalar nəticəsində yaralanan terrorçular Türkiyənin Hatay vilayətində yerləşən xəstəxanalara aparılıb.

Sürətlə irəliləyən Suriya ordusu Həma şəhərinin cənubunda strateji mövqedə yerləşən Harbinelfe qəsəbəsini də ələ keçirib.

Qəsəbəni Şam Ordusu və Nüsrə Cəbhəsi terrorçularından təmizləyən ordu Karyateyn-Muhassa yolunu da İŞİD-dən geri alıb.
723 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber