Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Ən bahalı benzin Azərbaycandadır

Aİ-98 markalı yanacağın qiyməti niyə dövlət tərəfindən tənzimlənmir?
Rumuniyadan Azərbaycana gətirilən benzinə «yaşıl işıq» yandırılıb

«Yəqin ki, bir sıra yanacaqdoldurma məntəqələrində 1 manat 50 qəpiyə satılan Aİ-98 markalı benzinə rast gəlmisiniz. Hamının diqqəti daha çox istifadə olunan Aİ-92 və Aİ-95 markalı yanacağa yönəldiyindən Aİ-98 benzini nəzərdən kənarda qalıb. Çünki bu benzin baha olduğundan çox məhdud alıcı kontingentinə malikdir». Bu haqda sosial şəbəkədə açıqlama verən iqtisadi-ekspert Samir Əliyev apardığı kiçik araşdırmanı təqdimm edib.
Onun yazdığına görə, Tarif Şurası dekabrın 2-də 14 saylı Qərarla Aİ-95 benzinin pərakəndə satış qiymətini hər litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlər üçünsə 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının pərakəndə satış qiyməti 60 qəpiyə qaldırılıb. Şuranın əvvəlki qərarlarında olduğu kimi bu dəfə də Aİ-98 markalı benzinin qiyməti barədə heç bir məlumat yoxdur.
«Məsələ ondadır ki, Aİ-98 markalı benzinin satış qiyməti sərbəstdir. Yəni heç bir qurum tərəfindən tənzimlənmir. Bu gün 1 manat 50 qəpikdir, sabah 2 manat ola bilər, növbəti gün 3 manata. Halbuki bu yanacaq növünün qiymətinin formalaşmasının mövcud mexanizmi qanunvericiliyə birbaşa ziddir. Ölkə qanunvericiliyə görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisindən satılan yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. “Tənzimlənən qiymətlər haqqında” Qanuna əsasən, tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına tətdiq edilir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər», deyə S.Əliyev vurğulayır.
O əlavə edir ki, sözügedən qanundan çıxış edərək Nazirlər Kabineti 2005-ci il 28 sentyabr tarixli 178 saylı qərarı ilə qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısı təsdiq edib: «Bu siyahıya 39 mal, iş və xidmət qrupu daxil edilib. Siyahıya əsasən, xam neft və neftdən emal olunan əsas məhsullarin qiyməti tənzimlənməlidir. Yəni, Qərarda ölkə daxilində istehsal olunan yox, ümumiyyətlə neft məhsullarının tənzimlənən qiymətlərə aid olması göstərilir. Halbuki Aİ-98 benzinin qiymətinin tənzimlənməməsini onun idxal olunması, yəni ölkə daxilində istehsal olunmaması ilə əlaqələndirirlər. Azərbaycanın neft emalı zavodu 98 oktanlı benzini emal etmək gücündə olmadığından həmin yanacaq növü Rumıniyadan gətirilir. Tarif Şurasının məlum Qərarında da məhz ölkə daxilində istehsal olunan neft məhsullarının qiymətinin müəyyənləşdirilməsi göstərilir.
Tarif Şurasının istinad etdiyi qanunlar neft məhsullarının qiymətinin tənzimlənməsini nəzərdə tutduğu halda, niyə Şura ancaq daxili istehsala tənzimləyici qiymət tətbiq edir. Bir sözlə, Aİ-98 markalı benzini neft məhsulu olduğuna görə tənzimlənən məhsullar kateqoriyasına daxildir və deməli, onun da qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənməlidir».
Ekspertin bildirdiyinə görə, digər markalı benzinlərdən fərqli olaraq Aİ-98 benzini xarici ölkələrlə müqayisədə kifayət qədər bahadır. Məsələn, keçmiş SSRİ ölkələri arasında ən bahalı Aİ 98 markalı benzin Aərbaycandadır (1,4 avro). Halbuki Ermənistanda bu yanacaq növünün hər litrini 1, Gürcüstanda 0,95, Latviyada 1,34, Litvada 1,37, Ukraynada 1,14, Moldovada 1, Estoniyada 1,33, Rusiyada isə 0,78 avroya satırlar.
Avropa ölkələrində də qiymətlər bizdən az fərqlənir. İtaliya (€1,9), Avstriya (€1,5), Belçika (€1,7), Böyük Britaniya (€1,7), Almaniya (€1,6), Türkiyə (€1,75) kimi ölkələrdə Aİ-98 yanacağının qiyməti Azərbaycandan baha, Andorra (€1,3), Polşa (€1,3), Lüksemburq (€1,35), Kipr (€1,36), Makedoniya (€1,3), Bosniya və Hersoqovina (€1,28) kimi ölkələrdə isə ucuzdur. Bolqarıstan (€1,4), Serbiya (€1,37), Xorvatiya (€1,38), Monteneqro (€1,38), Çexiya (€1,42) və İsveçrə (€1,48) kimi ölkələrlə müqayisədə eyni qiymətə malikik. Hətta Azərbaycana idxal olunan Rumıniyada da onun qiyməti 1,4 avrodur.
Qiymətlərin analizi göstərir ki, Aİ-98 ilə Aİ-95 markalı benzinin qiymətləri arasında fərq hər bir ölkədə müxtəlifdir və ən çoxu 10 faizdir. Yəni birinci ikincidən ən çoxu 10 faiz baha ola bilər. Bu nisbəti tətbiq etdikdə Aİ-98 benzininin qiyməti ölkədə ən çoxu 0,90 manat (€0,85) olmalıdır».
1527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19