Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2016

Somali İranla əlaqələri kəsmək üçün Ərəbistandan nə qədər alıb?

Reuters agentliyi bir sənədi ifşa edərək sübut etdi ki, Somali İranla əlaqləri kəsmək qarşılığında Səudiyyə Ərəbistanından 50 milyon dollar alıb.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, Səudiyyə Ərəbistanının Nayrobidəki səfirliyi Somalinin Kenyadakı səfirliyinə rəsmi məktubla müraciət edərək, sözügedən ölkənin büdcəsinə 20 milyon dollar yardım etməyi və ölkədə 30 milyon dollar sərmayə qoyuluşu etməyi öhdəsinə götürmüşdür.
Reuters bu sənədin tarixini yanvarın 7-si, yəni Somalinin İranla əlaqələri kəsdiyi gün bildirmişdir. Sənədə əsasən, Somaliyə ayrılan pul Ərəbistanın inkişaf fondundan götürüləcək.
Somalinin maliyyə naziri Məhəmməd Ədən İbrahim bu sənədin təsdiq ya təkzibi barədə açıqlama verməyərək deyib: Ərəbistan və Somali arasında uzun müddətdir əlaqə var. Bu maddi yardımın Moqadişunun Tehranla əlaqələri kəsməsinə aidiyyatı yoxdur.
Səudiyyənin Xarici İşlər Nazirliyi də bu məsələyə münasibət bildirməkdən imtina edib.
Amma bu arada, bir çox diplomatlar bu sənədi Ərəbistanın regionu İran əleyhinə qaldırmaq üçün yeni yanaşması kimi dəyərləndiriblər.
“Somalinin daxili işlərinə müdaxilə və ölkənin milli təhlükəsizliyini təhdid etmə”ni bəhanə edərək İranla Əlaqələrini kəsən Somali, İran diplomatlarına Moqadişunu tərk etmək üçün 72 saat vaxt vermişdi. Bu paytaxt ardıcıl olaraq terror hücumlarına meydan olur və çatışmayan yeganə şey elə “milli təhlükəsizlik”dir.
672 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...