Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2016

Jurnalist döyülərək öldürülüb?

Yasamal Rayon Prokurorluğu "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayevin küçədə döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib.

Report xəbər verir ki, jurnalist S.Mustafayevin döyülərək öldürülməsi haqda iddialar əsassızdır və öz təsdiqini tapmayıb.

Prokurorluğun məlumatına görə, jurnalistin küçədə huşunu itirərək yıxılması və nəticədə düynasını dəyişməsi anı yaxınlıqda olan insanların gözü qarşısında baş verib:

"Onun döyülərək öldürülməsi iddiası yalandır. Ona görə də jurnalist Sabir Mustafayevin ölüm faktı ilə bağlı cinayət işi açılmayıb".

Qeyd edək ki, hadisə yanvarın 16-da Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib. "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayev qəfildən huşunu itirərək yıxılıb, dünyasını dəyişib.

Onun qardaşı Səxavət Mustafayev iddia edir ki, 64 yaşlı qardaşı döyülərək öldürülüb.
635 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP