Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2016

7 aydır itkin düşən polisin meyiti tapıldı

İsmayıllı rayonunda itkin düşən keçmiş polis əməkdaşının meyiti tapılıb.

63 yaşlı Nəsirov Bəxtiyar Mirzəbəy oğlunun cəsədi bir neçə gün öncə Göyçay rayonunda, su kanalında aşkar edilib.

Ailəsi tapılmadığı üçün o, Göyçay Bələdiyyəsi tərəfindən dəfn edilib.

Keçmiş polis əməkdaşının yaxınları hadisədən bu gün xəbər tutublar.

Qeyd edək ki, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.

B.Nəsirov təqaüdə çıxan serjantı olub./azvision/
616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyy