Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2016

Eldar Sabiroğlu: “Rüfətə səbr və dözüm arzulayıram”

“Oğlum Rüfətin işi ilə bağlı bir yenilik yoxdur. Bu barədə bildiklərimizi mətbuatla bölüşmüşük. O, hal-hazırda Kürdəxanıda-bir nömrəli istintaq təcridxanasındır, vəkili onunla ğörüşüb, vəziyyəti normaldır, heç bir şikayəti yoxdur”. Bunu həbs edilən sabiq müstəntiq Rüfət Səfərovun atası, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu yazıb.

Onun fikrincə, oğlu barəsində qaldırılmış cinayət işi qeyri-qanunidir: “Təxminən iki il əvvəlki hansısa fakta istinad edilərək cinayət məsulyyətinə cəlb olunmuş Rüfət Səfərov 5-7 dəqiqəlik məhkəmə qərarı ilə həbsxanaya göndərilmisdir. Nədənsə, il yarımdan sonra yada düşən bu məsələ oglum Rüfətin istefasından sonra hərəkətə gətirilmisdir. Bunun özü göstərir ki, onun həbsi barədə korrupsiya ilə mübarizə baş idarəsinin seçmiş olduğu qərar huquqi nəticə etibari ilə ədalətli deyil. Dəlil-sübut olmadan, öyrədilmiş şəxsləri üzünə durdurmaqla aparılan istintaq əməliyyatına təəccüb edirəm.
Zərdab o qədər də böyük rayon deyil. Əgər Rüfət belə bir işi görmüşdürsə tez bir zamanda əhali arasında yayıla bilərdi və şübhəsiz, rayon prokuroru bundan xəbərdar olardı. Belədə prokuror öz səlahiyyəti çərçivəsində qərarı ləğv edərək yenidən istintaq araşdırmasına qaytarmalı idi. Göründüyü kimi, bu baş verməyib, deməli, Rüfət qərarı düzgün qəbul etdiyindən prokuror da onu təsdiq edib. Digər yandan, belə bir sual diqqəti cəlb edir:- Müstəntiqlərin prokurorsuz hər hansı bir qərarı müstəqil qəbul etmək səlahiyyətləri ümumiyyətlə mümkündürmü? Çox istərdim, hörmətli rayon prokuroru bu suala bir aydınlıq gətirsin”.

Eldar Sabiroğlu yazıb ki, sabah vəkili Bəhruz Bayramov təcridxanada onunla görüşüb vəziyyəti ilə maraqlanacaq və perespektivdə hansı addımların atılacağı barədə müzakirə aparacaqlar: “Rüfətə səbr və dözüm arzulayıram. İnanıram ki, dövlət başcımız İlham Əliyev ailəmizə bu məsələdə öz köməkliyini əsirgəməyəcək”./musavat/
845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber