Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Göyçayda İsmayıllı hadisələri təkrarlanacaqdı…

Həbsdən çıxan hüquq müdafiəçisi «Bizim Yol» danışdı

Göyçay məhkəməsinin qərarı ilə 15 sutka azadlıqdan məhrum edilən hüquq müdafiəçisi Vidadi İsgəndərli azadlığa çıxıb. Bu barədə "Bizim Yol" qəzetinə Vidadi İsgəndərli özü danışıb. O, dekabrın 15-i axşam sərbəst buraxılıb: "Həbsimlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirəcəyəm. Konfransda həm mətbuat, həm iqtidar, həm də müxalifətdə olan adamlar üçün maraqlı açıqlamalar verəcəyəm. Faktiki olaraq Göyçayda İsmayıllı hadisələri təkrarlanacaqdı, xalqın qarşısını mən aldım. Məni şərləyərək həbs etmişdilər. Haqsız yerə həbs edilmişəm, həbsdə olduğum vaxtı yayılan məlumatlar da yalandır. “Facebook” şəbəkəsindəki səhifəmdə prezident seçkisi ilə bağlı bəzi iqtidar nümayəndələri haqda statuslar yazmışam. Bundan sonra səhifəmdə 9 yaşında olan övladımın şəklini qoyub mənə təhqiramiz sözlər, hədələr yazıblar. Mən heç bir xuliqanlıq etməmişəm. Bununla bağlı sabah daha ətraflı açıqlama verəcəyəm".
Vidadi İsgəndərli Göyçay Rayon Polis İdarəsini və bəzi məmurları məhkəməyə verəcəyini də söylədi: "Həbs qərarı çıxarmış hakimdən şikayət verəcəyəm. Məhkəmə qərarına görə, guya mən yüngül formada içkili olmuşam. Halbuki bununla bağlı əllərində heç bir sənəd, əsas yoxdur".
Hüquq müdafiəçisi Vidadi İsgəndərli noyabrın 30-da Göyçay şəhərində həbs olunub. O, sərxoş vəziyyətdə dövlət əleyhinə və ayrı-ayrı şəxslərin ünvanına nalayiq sözlər işlətməkdə, polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinib. Vidadi İsgəndərli ilə bərabər tutulan Göyçay rayon sakini Rüstəm Zeynalova 6 sutka inzibati həbs cəzası verilib.
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber