Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Üzeyir Cəfərovdan Müdafiə Nazirliyinə mesaj

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında Müdafiə Nazriliyində baş verənləri şərh etdi. Onun sözlərinə görə, bir neçə gün öncə Müdafiə Nazirliyi tərəfindən verilən bəyanat nazirliyin növbəti səhvləri seriyasındandır. Bəyanatda bildrilir ki, nazirliyin keçmiş işçilərinin hazırda mətbuata verdiyi açıqlamalar doğru deyil.

Üzeyir Cəfərov bu barədə bunları söylədi: “Ümumi söz yığnından və hansısa keçmiş hərbi qulluqçulara ünvanlanmış bu müraciətdə əslində nə demək istədikkləri bəlli deyil. Deyilir ki, guya kimlərsə Silahlı Qüvvələrlə bağlı hansı "günahın və ya xətaların" silsiləsindən xəbərlər yayırlar. Belə bəyənatlar verilməzdən əvvəl yüz dəfə ölçülüb və bir dəfə biçilməlidir. Hər halda bu sənəd ölkənin ən böyük güc strukturunun adından yayılır. Keçmiş əməkdaşlarının hansı hərbi xarakterli məlumatları da guya yayması məsələsi də şəxsən mənə qaranlıq qaldı.”

Hərbi jurnalist bəyənat müəlliflərinə öz məsləhətini verdi: “Əslində mətbuatı qınamaq əvəzinə, son günlər həyata keçirilmiş bir sıra səs-küylü təyinatlar ilə bağlı məlumatlara aydınlıq gətirilsəydi, yaxşı olardı. Çünki, yazılanlar həqiqəti əks etdirirdi və mülküdən gətirilmiş bir aptek işçisinə birdən- birə mayor rütbəsinin verilməsi həm qanun baxımından yolverilməzdir, həm də ali hərbi təhsili olan, illərlədir əzab-əziyyət çəkən, lakin bu yüksək rütbəyə layiq görülməyənlər üçün bir növ mənəvi zərbə hesab olunur.”
Üzeyir Cəfərov nazirliyin Baş Qərargah rəisinin hərəkətlərinə də münasibət bildirdi: “O ki qaldı Baş Qərargah rəisi Nəcməddin Sadığovun sıra qarşısında bir sıra yüksək rütbəli zabitləri cəzalandırması və hətta təhqir etməsinə, burda da qeyri-adi heç nə yoxdur. Bu onun illərlədir "iş metodudur".Mən şəxsən belə hallara qətiyyən təəccüblənmirəm.”
Hərbi jurnalist hərbiçilərin ev problemini də nazirliyin nəzərinə çatdırdı: “MN sistemində o qədər həllini gözləyən problem və məsələlər var ki, hesab edirəm ki, onların təcili şəkildə həll edilməsi gündəmdə olmalıdır. Ən vacibi isə, uzun illər hərbi xidmət keçmiş zabit və gizirlərin mənzil məsələsinin həlli, onların istifadə etmədikləri məzuniyyətə görə pul kompensasiyalarının ala bilməməsi məsələsi də tezliklə həllini tapmalıdır.”
1528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08