Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

19 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam çiskinli olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 55-65 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında

Yanvarın 19-da hava şəraitinin əsasən səhər və axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24