Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Angela Merkel İrana səfərə hazırlaşır

Almaniya kansleri İslama, müsəlman mühacirlərə yumşaq münasibətinə görə tənqid edilir

İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Otağının rəisi Almaniya kansleri Angela Merkelin İrana gözlənilən səfəri barədə məlumat verib. Möhsin Cəlalpur Almaniya iqtisadiyyat nazirinin müavini ilə görüşdə deyib: Nüvə razılaşması imzalanana qədər Almaniyadan İrana bir çox nümayəndə heyətləri gəlib. Almaniya-İran Müştərək Otağı iki ölkə arasında iqtisadi rabitələrin güclənməsi üçün çox iş görə bilər. (mehrnews.com)
İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Otağının rəisi əlavə edib: İranın dünya ilə rabitələri nüvə razılaşmasından sonraya aid deyil. İran elə bir coğrafi mövqedə yerləşir ki, sanksiyalara baxmayaraq beynəlxalq ticarətdə nailiyyətlər əldə edib. Dünyanın İrana ehtiyacları sırasında bir misal çəkim. İranı əhatə edən, ərəb ölkələrinin də daxil olduğu 1 milyard 100 milyon nəfərlik cəmiyyətin dərman peraparatlarına olan ehtiyacı İran tərəfindən ödənə bilər. Dərman və tibbi ləvazimatların istehsalı üçün İranın potensial imkanları çox böyükdür. İran qan plazma mərkəzi yaradır. Bu istiqamətdə Almaniya-İran rabitələri səmərəli ola bilər. Şəmsi 1394-cü ilin sonuna qədər İrandan iki rəsmi nümayəndə heyəti Almaniyaya gedəcək. Yaxın aylarda Almaniya kansleri Angela Merkelin İrana səfəri nəzərdə tutulur. Hər iki tərəf üçün səmərəli əməkdaşlığa ümid edirik.

Vilayet.info
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP