Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Əliyev 10 mini niyə 1000-ə endirdi?

Aydın Əliyevdən dolaşıq izahat

Bir neçə gün əvvəl ölkə başçısı Ilham Əliyev 10 min manata qədər məhsulların gömrük rüsumu ödəmədən ölkəyə gətirilməsi haqda güzəşti ləğv etdi. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ans-ə açıqlamasında bu addımın atılmasının səbəbini sui-istifadə halları ilə əlaqələndirib:

“Bu sərəncam yalnız şəxsi tələbat malları üçün nəzərdə tutulurdu. Təəssüflər olsun ki, əhalinin böyük bir hissəsi bunu belə qəbul eləmədi və hətta qüvvəyə minməsindən əvvəl də sui-istifadə hallarına cəhdlər edilirdi. Ikinci bir məsələ – ölkədəki manatın devalvasiyası prosesindən sonra artıq bu valyutanın xaricə axınına səbəb ola bilərdi”.

Lakin Aydın Əliyevin əsaslandırması ağlabatan görünmür. Çünki gömrük komitəsinin sədri elə bu müsahibədə monopoliyanın olmadığını, kimin nə istəyirsə gətirə biləcəyini qeyd edir. Bəs bu zaman niyə sui-istifadə halları və bunun xaricə valyuta axınına səbəb olacağı yada düşmür? Doğrudur, iddia edilə bilər ki, söhbət gömrük rüsumu ödəmədən məhsulların ölkəyə gətirilməsindən gedir. Lakin ölkədə vəziyyət o qədər kritikdir ki, monopoliya aradan qaldırılarsa idxal sahəsinə xeyli subyektlər qoşula bilər. Bəs bu proses valyuta axınına səbəb olmayacaq? Deməli, ya Aydın Əliyev monopoliya barədə fikirlərində səmimi deyil, ya da Ilham Əliyevin qərarının arxasında başqa məqsədlər dayanır.
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11