Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Bu, dövlətdirmi?

Dünyada ikinci belə dövlət varmı ki, vətəndaş özünə ev tikmək istəyəndə, obyekt, iş yeri açmaq istəyəndə əvvəl dövlət məmurlarına rüşvət versin, sonra özünə ev, obyekt tikə bilsin?

Dünyada ikinci belə dövlət varmı ki, onun ölkəsinə yatırım edən iş adamlarından rüşvət tələb eləsin?

Belə dövlət varmı ki, məmuru, polisi qanunu pozan vətəndaşından dövlət xeyrinə 100 manat cərimə tutmaq əvəzinə, özünə 10 manat almaqla kifayətlənsin?

Bəs belə dövlət necə: gömrükdən keçən malın çəkisini, qiymətini 10 dəfə azaldaraq dövlətə ödənilən vergidən 10 qat çoxunu rüşvət kimi öz cibinə qoysun?

Belə dövlət təsəvvür edirsinizmi ki: vətəndaşları küçəyə çıxıb “rüşvətə son”, “manopoliyaya son”, “korrupsiyaya son”, “məmur özbaşınalığına son”, “talana son” desin, dövlət isə onların üstünə qoşun yeridərək: “bu şüarlara son”–deyə, onları rezin güllələrə, bibər qazına qonaq etsin, öldürsün, həbsxanalara salsın?

Bu, dövlətdirmi?

Qurban Məmmədov /Facebook
1072 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP