Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Abdulla Öcalanın məktubu Qəndilə və AB-ə çatdırıldı

20 səhifəlik sənədin məğzi hələlik sirr saxlanılır

Moderator.az "Diplomat" qəzetinin kürd əsilli baş redaktoru Tahir Süleymana istinadən xəbər verir ki, Türkiyənin kürd partiyası olan BDP-dən partiya mərkəzinin vəkilləri Pərvin Buldan, İdris Balukən və HDP-e partiya sədirinin müavini Sırrı Sürəyya Öndər dekabrın 7-də PKK lideri Abdulla Öcalanla İmralıda görüş keçiriblər. Görüş zamanı Abdulla Öcalan 13-cü görüşü zamani bildirib ki, o, Avropa Birliyinə və Qəndilə iyirmi səhifəlik məktub hazirlayıb. BDP partiya mərkəzinin vəkilləri Pərvin Buldan, İdris Balukən və HDP-e partiya sədirinin müavini Sırrı Sürəyya Öndərə verilən iyirmi səhifəlik məktub, İdris Balukənin dediyinə gorə dünən Qəndilə və AB-ə çatdırılıb. Həmin məktubun məğzi hələlik gizli saxlanılır və hansı şərtlərin, təkliflərin iəli sürüldüyü bilinmir.
1385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber