Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Belə hökumət kimə lazımdır?

Hakimiyyət komandası susmuşlardan ibarətdir

Bəzən düşünürsən və YAP hakimiyyətinin nə ifadə etdiyini başa düşmürsən. Həqiqətən də bu hakimiyyətdə komanda mövcuddurmu? Həqitən də vəzifə tumuş adamların hansısa səlahiyəti varmı? Əgər hökumət komandası varsa, niyə yalnız 3-4 nəfərin səsi eşidilir?


Çox uzağa getməyək, Türkiyəyə, Gürcüstana baxanda hiss edirsən ki, ölkədə hakimiyyət var. Hökumətin başında duran adamlar ölkədə baş verən hər hansı hadisəyə münasibət bildirir, hadisə baş verən yerlərə gedirlər, insanlarla təmasda olurlar, ittihamlara, tənqidlərə cavab verirlər və s.

Amma Azərbaycanda bina yanır, dənizdə partlayış olur, milli valyuta 100 faizdən artıq dəyər itirir, bölgələrdə eitraz aksiyası keçirilir, qiymətlər artır, borca görə intiharlar baş verir, dünya mətbuatı Azərbaycandakı neqativ hallardan yazır, ölkə başçısından tutmuş, nazirlərə qədər müxtəlif vəzifəlilərin korrupsiya layihələri ortaya çıxır, ölkə mətbuatı vəzifəli şəxslərin biznes imperiyasını zaman-zaman tirajlayır və s. Amma bütün bu baş verənlərin bir hissəsinə, ümumiyyətlə, cavab verilmir, digər hissəsinə isə bəlli adamlar münasibət bildirir.

Sanki, bu ölkədə baş nazir, onun müavinləri, komitə sədrləri, 125 deputat yoxdur. Sanki, bu adamlar susmaq üçün vəzifə alıblar.

Əgər ölkənin ən ağır günlərində də bu adamların səsi çıxmırsa, baş nazirdən tutmuş, mandat gəzdirən deputatlara qədər hər kəs ağzını “skoç”layıbsa, o zaman bu adamlara, bu vəzifələrə nə ehtiyac var…

Axı hökumət komandası çevik iş görməlidir, hər sahənin öz kuratoru var və bu kuratorlar cəmiyyətə izahat verməlidir.

Amma gördüyümüz budur ki, 3-4 nəfər danışan var, onlar da böhtan maşını kimi fəaliyyət göstərir. Yəni haqsız həbslərə haqq qazandırmaq, vətəndaşların haqlı etirazlarına yalan donu geyindirmək, hakimiyyətdən demokratiya tələb edən beynəlxalq təşkilatları qaralamaq üçün fəaliyyət göstərirlər.

Bugünə qədər hansısa nazirin, komitə sərinin, millət vəkilinin hökumətdən hesabat tələb etməsini, haqsızlığa etiraz etməsinin şahidi olmamışıq. Yalnız hökumətdaxili qruplaşma üzvlərinin bir-birinə tənqid yağdırması var ki, bu da millətin və dövlətin maraqları naminə deyil.

Bir halda ki, bütün məsələlərə komandanın 3-4 üzvü münasibət bildirir, o zaman digər strukturlar ləğv edilsin. Azərbaycanda baş nazirin olub-olmaması heç nəyi dəyişmir. Yaxud Prezidnet Aparatında lazımsız vəzifə tutanların heç bir fəaliyyəti yoxdur.

Ən başda oturan şəxs isə 12 ildir ki, eyni fikirləri səsləndirir, barmaq siləkələməklə məşğul olur və görə biləcəyi iş 10 manatlıq artım etməkdən ibarətdir. Bütün bunlardan sonra isə telekanallar hələ də inkişaf nağılı danışır və ac xalqın üzünə baxa-baxa yalan kampaniyası aparır. Azərbaycanın bölgələrində xalq bahalığa, işsizliyə etiraz edir. hakimyyət isə bu etirazların işıqlandırılmasını telekanallara qadağa edir. Neftin qiyməti 140 dollar olanda da, 28 dolar olanda da vətəndaş fərq hiss etmirsə, deməli, bu hakimiyyətin korrupsioner olması aksiomadır.

Gəlin obyektiv, səmimi olaraq özümüzə sual edək. Bu hakimiyyəti kimə və nəyə lazımdır? Belə bir komanda dövlətə və millətə nə bəxş edə bilər? Zəngin Azərbaycan cırtdan Ermənistandan geri qalırsa, bu hakimiyyət hansı haqla bu dövləti idarə edə bilər?

Bu hakimiyyət yalnız hakimiyyətdə təmsil olunan bir qrup ailə üçün yararlıdır. Vətəndaş üçün isə belə bir komanda fəlakətdən başqa heç nə gətirə bilməz və hər gün bu fəlakətin şahidi oluruq.

Bu hakimiyyət sadəcə olaraq dövləti obyekt kimi idarə edən alverçilər komandasıdır. Bazar təfəkkürlü insanlar isə, dövlətçilik təfəkkürünü həzm edə bilməzlər./azadlıq/
896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12
İtaliyanın baş n