Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Zülfüqar Mikayılzadə və Seyid Elman Ağayevdən xəbər var

Quran hafizi, ilahiyyatçı alim Hacı Zülfüqar Mikayılzadə Bakı İstintaq Təcridxanasına köçürülüb

Dünən Hacı Zülfüqar Mikayılzadənin yaxınları Kürdəxanı təcridxanasında onunla görüşüblər.
Qardaşının bildirdiyinə görə, ruhaninin səhhəti normaldır və saxlanma şəraitindən şikayəti yoxdur. Hacı Zülfüqarın qardaşı həmçinin bildirib ki, Hacı Zülfüqarın möminlərə salamı var və o, möminlərə bəzi tövsiyələr verib.
Hacı Zülfüqar tövsiyə olaraq bildirib ki, möminlər İslam üçün etdikləri təbliğatdan əl çəkməsinlər və məscidləri boş qoymasınlar.

Seyid Elman Ağayev haqqında yeni məlumat

Nardaran hadisələrindən sonra Lənkəranda həbs olunan ilahiyyatçı Seyid Elman Ağayev Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb. Bu haqda Seyid Elman Ağayevin yaxınları məlumat verib. Məlumata görə, ruhaniyə Kürdəxanı təcridxanasında yaxınları ilə görüşünə izin verilib. Görüş zamanı Seyid Elman saxlanma şəraitindən şikayət etməyib və səhhətinin normal olduğunu bildirib. /İslamazeri.az /
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59