Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Maşın ehtiyatlar hissələri bazarında etiraz aksiyası keçirilib

Bakının Babək prospektində yerləşən, paytaxtın ən böyük maşın ehtiyat hissələri bazarında bu gün yer haqqlarının azaldılması tələbi ilə aksiya keçirilib.

Hazırda 50-dək mağaza sahibi yer haqqlarının azaldılmasını tələb edir. Bazar rəhbərliyinə yaxın şəxslər satıcılardan onların dağılışmasını tələb edir. Ərazidə polis əməkdaşları olsa da, onlar aksiyanı kənardan izləyir.

Mağaza sahibi Nizami Məmmədov saytımızın əməkdaşlarına deyib ki, dolların məzənnəsi qalxandan sonra alver zəifləyib: “Dollar bahalaşandan sonra firmalar nisyə mal vermir. Bəzən günlərlə heç nə satılmır. Maşın sahibləri məcburiyyət qarşısında qalmayanadək mal almırlar. Buna görə də, mağazalar bağlanır”.

Digər aksiya iştirakçısı isə toplaşaraq bazar rəhbərliyi ilə danışmaq istədiklərini dedi: “Biz yalnız yer haqqının azaldılmasını istəyirik. Əlavə heç bir tələbimiz yoxdur”.

Aksiya iştirakçıları bir neçə gün əvvəl də yer haqqlarının azaldılmasını tələb etdiklərini söylədilər. Hazırda bazar rəhbərliyi ilə danışıqlar aparılır./virtualaz/

 

Maşın ehtiyatlar hissələri bazarında etiraz aksiyası keçirilib

 

Maşın ehtiyatlar hissələri bazarında etiraz aksiyası keçirilib

 

Maşın ehtiyatlar hissələri bazarında etiraz aksiyası keçirilib

 

Maşın ehtiyatlar hissələri bazarında etiraz aksiyası keçirilib

929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.01.17, 09:04
Londonda partlayış
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
20.01.17, 14:12
Cəli