Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Unibankda kütləvi ixtisar – 900 nəfər işdən çıxarıldı

Ölkənin ən böyük özəl bankı olan “Unibank”da kütləvi ixtisarlara start verilib.

Belə ki, yanvar ayının 15 – i işçilərə zəng vurularaq onların birinci gün işə gəlməmələri bildirilib. Əldə etdiyimiz məlumata görə, ilkin növbədə ölkə üzrə fəaliyyət göstərən filallarda 900 işçi vəzifəsindən azad edilib.

Xatırladaq ki, bir neçə gün öncə “Unibank”ın kütləvi ixtisarlara getməyə hazırlaşdığı ilə bağlı xəbər yayılmışdı. Hələ bu addımı atmamışdan öncə bank öz əməkdaşlarının əmək haqqını azaldaraq işçilərin öz xoşu ilə gedəcəyinə ümid edirdi. Amma görünür, vəziyyət elə acınacaqlı həddə çatıb ki, bank rəhbərliyinin işçilərlə vidalaşmaqdan başqa yolu qalmayıb./aznews/
751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber