Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

49 yaşlı Ucar sakini özünü doğradı

1967-ci il təvəllüdlü Elxan Məhəmməd oğlu Məmmədov özünə bədənin müxtəlif nahiyələrindən bıçaq və digər kəsici alətlərlə xəsarətlər yetirib və üstünə neft tökərək yandırmaq istəyib.

Ucar rayonunda intihara cəhd edilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhərin Şəhriyar küçəsi ev 6 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Elxan Məhəmməd oğlu Məmmədov özünə bədənin müxtəlif nahiyələrindən bıçaq və digər kəsici alətlərlə xəsarətlər yetirib və üstünə neft tökərək yandırmaq istəyib. Yaxınlıqdakı insanlar onun özünü yandırmasının qarşısı alıb.

Bildirilir ki, xəsarət alan Elxan Məmmədov təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E. Məmmdovun başında, çiyinlərində, qarnında kəsilmiş-deşilmiş yaralar var.

Zərərçəkənin hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil./apa/
741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber