Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Türmə yolunda Rüfət Səfərovun başına nə gəlib?

Eks müstəntiqə isti paltar vermirlər, ona təhlükəli cinayətkar kimi yanaşırlar... 

“Bu gün təcridxanaya Rüfət Səfərov üçün alt və üst paltarları, yemək aparılsa da qəbul edilməyib”. 

Bu barədə hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun atası, YAP-çı Eldar Sabiroğlu məlumat verib. Onun fikrincə, bu, anormal bir vəziyyətdir. E.Sabiroğlu hesab edir ki, yemək məhdudiyyətinə anlayışla yanaşmaq olar. Amma pal-paltarın məhbusa çatdırılmasında heç bir mhdudiyyət olmamalıdır və təcridxananın qaydalarına zidd deyil: “Görünür, həbsxanada da sifarış öz təsirli rolunu öynayır. Əks təqdirdə ona göndərilmiş pal-paltar geri qaytarılmazdı. Mən təcridxana rəhbərliyindən xahiş edirəm bu məsələyə öz diqqətini yönəltsin və oğlumla əlaqədar yaranmış bu problemin aradan qaldırılmasına öz köməkliyini göstərsin”.



R.Səfərovun vəkili Bəhruz Bayramov isə musavat.com-a açıqlamasında bildirdi ki,  əslində sovqat məhbusa həftədə bir dəfə çatdırıla bilər. Onun sözlərinə görə, geyim məsələsində hər hansı məhdudiyyət olmamalıdır: “Hesab edək ki, hava qəfil soyuyub və məhbusa isti paltar verilməlidir. O, oturub bir həftə gözləməlidir ki, vaxt tamamlansın? Belə bir məhdudiyyət yoxdur. Norma odur ki, bu sovqatın çəkisi 20 kilodan çox olmalı deyil. Amma burda söhbət isi paltardan gedirdi. Qanunvericilikdə elə norma yoxdur”. 


Bu arada R.Səfərov özü yanvarın 16-da Nərimanov rayon müvəqqəti saxlanma yerindən Bakı 1 saylı istintaq təcridxanasına aparılarkən başına gələnlərdən yazıb. İctimaiyyətə müraciətində R.Səfərov bildirib ki, həmin vaxt onu  “voronok”un “odinoçka”sında zorla saxladılar: “Təxminin 5-10 dəqiqə kəskin etiraz etdikdən sonra “odinoçka”dan azad etdilər. Görünür, siyasi bəyanat verərək prokurorluq orqanlarından çıxıb, azad olan vətəndaş Rüfət Səfərov bunlar üçün residivist, xüsusi təhlükəli cinayətkardır. Bu da olsun, heç eybi yox. Görək qoca tarix bunlara necə dəyər verəcək?!” 

B.Bayramov da bu faktı təsdiqlədi. Dedi ki, həmin vaxt müvəkkilinin təzyiqi 200-ə qalxıbmış. Onun həmin vaxt xüsusi təhlükəli residivistlər üçün saxlanılan yerə salınması durumunu daha da pisləşdirib və etirazını bildirib. 
871 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber