Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2016

Rusiya MN: Suriyada terrorçuların neft məhsulları ilə dolu 23 yük maşını məhv edilib

Rusiya təyyarələri Suriyanın Rakka şəhərində və Hələb əyalətindəki neft mədənlərini bombalayıb.

Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

O, terrorçuların Türkiyə ilə sərhədə doğru hərəkət edən neft məhsulları ilə dolu yük maşınlarını bombalandığını da söyləyib: "Bombardmançı təyyarəmiz Hələb əyalətindən Türkiyə ilə sərhədə doğru hərəkət edən neft məsulları ilə dolu 23 maşını məhv edib".

İ. Konaşenkov Rusiya aviasiyasının Suriyada keçirdiyi əməliyyat nəticəsində İŞİD qruplaşmasının Homs əyalətindəki düşərgəsinin bombalandığını da bildirib. O, Rusiyanın Suriyadakı İŞİD, "Ən Nüsrə" və digər terrorçu təşkilatlara qarşı mübarizə apardığını əlavə edib.
746 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:26