Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Zeytunun faydaları

Qida yağları içərisində faydalı yağlardan biri zeytundur. Zeytun yağı bizə lazım olan polidoymamış (omeqa-6) yağ turşuları verir, beləliklə biz doymuş yağ turşularını yeməyə məcbur olmuruq. Zeytun yağı, öd problemləri, qaraciyər və sarılıq xəstəliklərinə qarşı effektlidir.
Məlumata görə Amerikanın həftəlik "Times" jurnalı zeytunu dünyanın ən sağlam ərzaqları qrupuna daxil edib.
Bu bitki və onun yağı səhhət üçün faydalıdır və qanda xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Zeytun ürək və qan damarlarını ateroskelerozdan qoruyur; o, sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir. Tərkibində olan E vitamini və polifenollar sağlamlıq üçün faydalıdır.
Yarpaqları və qabıqları, yüksək təzyiqi salmağa kömək edir. Zeytun qandakı şəkərin miqdarını salır. Qidalandırıcı bitkidir.
Əczaçılıqda, bəzi dərmanları hazırlamaqda istifadə edilir.
Bu bitkinin yarpaqları oleuropein, oleasterol, lein, olein turşusu və antioksidantlardan ibarətdir.
Ev dərmanlarında zeytun dənəsi, yarpaqları, qabıqları və yağı istifadə edilir.
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41