Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2016

Azərbaycanda kim necə yaşayır?

Yaxud, toxun acdan nə xəbəri…

Əliyevlər hakimiyyəti xalqdan o qədər uzaqdır ki, reallıq hissini belə itirib. Əhalinin güzəranının gündən-günə pisləşdiyi vaxtda hakimiyyətin və ona yarınanların saxta optimist bəyanatları ictimai narazılıqla qarşılanır, əsəbləri tarıma çəkilmiş insanları daha da hiddətləndirir.

Belə bəyanatları təkzib etmək üçün uzağa getmək lazım deyil, elə son vaxtlar mətbuatda dərc olunan materiallara diqqət yetirmək kifayətdir. Biz də real mənzərəni, Azərbaycanda – ali rəhbər şəxsdən sıravi vətəndaşadək – kimin hansı ovqatda olduğunu göstərmək üçün ən müxtəlif rəyləri bir yerə topladıq. Özünüz müqayisə edin…

Ilham Əliyev, Azərbaycan prezidenti:

ilhamaliyev-shekide1

– Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir (2016).

Ağadadaş Ağayev, xalq artisti: (İlham Əliyevin evinə gedib-gələn adam)

agadadash-agayev

– Çoxları dolların qalxmasına neqativ münasibət bəsləyir. Amma dolların bahalaşması, manatın düşməsi bir vətəndaş olaraq məni sevindirir… (2015)

 Rövşən Şirinov, 35 yaşlı səyyar satıcı:

– Dəfələrlə evə 3 manatla getmişəm. Günümə 6-7 manat qazananda elə sevinərəm ki… Istəyirəm, normal maaşlı bir iş ola, gedib işləyəm, ailəmi dolandıram, istidə-soyuqda küçədə qalmayım (2016).

Əli Həsənov, Azərbaycan prezidentinin köməkçisi:

eli hesenov

– Hakimiyyət neftin ucuzlaşması ilə bağlı yaranmış durumu Azərbaycan iqtisadiyyatı üçün bir sınaq kimi dəyərləndirir. Ilin yekunları da göstərir ki, Azərbaycan bu sınaqdan çıxmağı bacarıb, yanacaq-enerji sektorunda gəlirlər azalsa belə, ölkə öz dinamik inkişafını dayandırmayıb (2015).

 Ramil Allahverdiyev, intihara cəhd edən Ağcabədi sakini:

– Uşağım dünən məndən 10 qəpiklik “suxarik” istəyib, ala bilməmişəm. Düz bir saat ağlamışam… Allaha and olsun, yoldaşım dedi ki, “mən əyin-baş da istəmirəm, elə edək bu uşaqlar dolansın”. Dünən bir-birimizin üzünə baxıb ağlamışıq. Sonra da… (2016)

Əli Əhmədov, Baş nazirin müavini:

eli_ehmedov

– Ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, öz növbəsində, Azərbaycanın nə dərəcədə həm iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrildiyini, həm də müasir bir cəmiyyət kimi formalaşdığını təsdiq etdi (2015).

 Samirə xanım, Balaxanı sakini:

– Azərbaycanda insanların çoxu işsizdir. Indi mən özüm də ÿişləmirəm. Çünki Avropa Oyunlarına görə fabriki bağladılarÿ(2015).

 Aqil Abbas, deputat:

– Amerikada hamı işlə təmin edilib? Ya Ingiltərədə, ya Fransada, ya qardaşımız Türkiyədə? Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla… (2016)

Ədalət, Sabirabadın Moranlı kənd sakini:

– Bir elan ver, bəlkə kiməsə hambaldan-zaddan lazım oldu. Ancaq sən Allah, denən, lap belimdə gəzdirərəm, ancaq pulumu qabaqcadan versinlər (2016).

 Əlibaba Məmmədov, xalq artisti:

– Hər şeyimiz, çörəyimiz, suyumuz, qazımız var. Puldur da, dəyişib, camaat da narahat olub. Bizim xalq bir az pula hərisdir… 86 yaşım var, ayda 1000 manat alıram bəsimdir, artıq pulu neyləyirəm?! (2016)

Nicat Hüseynov, Tovuzun Yuxarı Öysüzlü kənd sakini:

– Iş qabiliyyətim yoxdur. Bir anamdır, bir də mən… Xadimə işləyir. Onun aldığı 100 manat maaş və mənim aldığım 50 manat pensiyanın ümidinə yaşayırıq… Çox vaxt çörəksiz qalırıq. Çörək almağa pul tapmırıq (2015).

Qarabağ qazisi Mahir Rzayevin qonşuları:

– Onun uşaqlarının tayı 8-9-da oxuyur, amma onlar məktəbə getmirlər. Çünki geyimləri, imkanları yoxdu. Müharibədə düşmənə sözünü deyən oğlan bu gün ailəsinə güzəran yarada bilmir. Bu vəziyyət dövlətimiz, ölkəmiz adına utancdır (2015).

Ilhamə Quliyeva, xalq artisti:

– Mənim öz proqnozlarım var, hər şey əla olacaq. Sıxıntı varsa, onu prezident tezliklə aradan qaldıracaq (2015).

Məzahir Bayramov, Lökbatan qəsəbəsinin sakini:

– Mən üç uşaq atasıyam. Övladlarımın üçü də xəstə olduğu üçün uzun illər xəstəxanalarda müalicə alıblar. Lakin bu müalicələrin nəticəsi olmadı… Artıq bir övladımızı itirmişik. Fonda, Səhiyyə Nazirliyinə müraciət etdik, xeyri olmadı. Bizə dedilər ki, bu xəstəliyin Azərbaycanda müalicəsi mümkün deyil, harasa göndərməyə də imkan yoxdur (2015).

Murad Bayramov, ağır xəstəlikdən əziyyət çəkən 9 yaşlı uşaq:

– …Anamın qohumlarından biri niyə “Leyla Əliyevadan kömək istəmirsiz, gözünüzün qabağında uşağı öldürəcəksinizmi” dedi. Anam ağlayaraq “hər yerə müraciət ediblər, amma kömək edən yoxdur” söylədi… Mən bilmirəm, ölmək nədir, amma anam, atam, babam bundan çox qorxurlar, üzləri gülmür heç, həmişə ağlayırlar… Məni ölməyə qoymayın ki onlar ağlamasın!.. (2015)

Bəxtiyar Sadıqov, deputat :

b-sadiqov

– …Bizi bu mərtəbəyə dünyada analoqu olmayan Heydər Əliyev siyasi kursu gətirib! Bizi bu səviyyəyə cənab Ilham Əliyevin düşünülmüş, prinsipial və məqsədyönlü siyasəti çatdırıb! Xalqımız bütün bunlarla qürur duyur, müstəqil dövlətini və onun rəhbərini sonsuz məhəbbətlə sevərək daim dəstəkləyir! (2015)

SON ƏVƏZI

“Analoqu olmayan siyasi kurs… düşünülmüş, prinsipial və məqsədyönlü siyasət”… Hanı? Toxun acdan nə xəbəri…/azadlıq/


1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP