Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2016

Times: Ərəbistanın qumarı çox baha başa gələcək!

İngiltərənin Times qəzeti yazıb: Səudiyyə Ərəbistanının neftin qiymətini azaltmaqla oynadığı qumar dünya üçün çox baha başa gələcək.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, qəzet yazıb: Riyaz öz neft rəqiblərini müflis etməkdə israrlıdır və bununla dünyaya hansı zərbələri vurduğuna əhəmiyyət vermir.
Ərəbistana hakim ailə həmişə ənənəvi və ehtiyatlı yanaşma seçmişdir. Lakin Salman bin Əbdüləzizin iqtidara çatmasından sonra, siyasətlərini dəyişmiş və çox təhlükəli bir yola yönəlmişdir.
Salman bin Əbdüləziz nefti özünün geo-siyasi və iqtisadi planlarının bir hissəsi kimi görür və bununla da rəqibi olan ölkələri, yəni İran və Rusiyanın iqtisadiyyatını zəiflətmək üçün istifadə edir.
Ərəbistan bilərəkdən neftin hər barrelinin qiymətini 30 dollara saldı. Yəni 2014-cü il qiymətlərindən 70 % ucuz.
Times xəbərdarlıq edib: Neftin qiymətinin azalması o deməkdir ki, İraq İŞİD-lə döyüşən əsgərlərinin məvacibini ödəyə bilməsin.
818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber