Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2016

Şteynmayer: Yaxın Şərq İransız asayişə çata bilməz!

Almaniyanın xarici işlər naziri Yaxın Şərq regionundakı qarşıdurmalara son qoymaq üçün ölkəsinin İranla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.
Nuraz.in-in əl-Aləmə istinadlı məlumatına əsasən, Frank-Valter Şteynmayer Berlində jurnalistlərə müsahibə verərkən deyib: Almaniya və İran arasındakı yeni əlaqələrin başlaması çox faydalı və səmərəli olacaqdır.
O əlavə edib: İran Yaxın Şərq regionunda sabitliyi yaratmaq üçün mühüm rola malikdir... İrandan regiona sabitliyi qaytarmasını istəyirik. Ümidvarıq ki, bu məsələyə müsbət yanaşsınlar.
O, Aİ üzvlərinin arasında bir çox ixtilaflara səbəb olmuş Avropadakı mühacirlərin məsələsinə də işarə edərək deyib: Suriyadakı vəziyyətin sabitləşməsi mühacir böhranının həllində ən mühüm amildir.
O İran və Səudiyyə Ərəbistanının əlaqələrinin korlanması barədə deyib: Bu məsələ tezliklə həll olmayacaq, amma iki ölkə arasında etimadın yaranmasına yardım etmək olar.
960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41
Metroda intihara cəhd: