Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2016

Rusiya: "Son 24 saatda 57 hədəfi vurduq"

Rusiya qırıcıları son 24 saatda 16 əməliyyat keçirərək terrorçulara aid 57 hədəfi vurub.

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya ordusunun Suriyaya davamlı olaraq humanitar yardım göndərdiyini də bildirib:

“Yanvarın 15-i Deyr Əz Zor şəhərinə 50 tonluq humanitar yardımı hərbi təyyarə vasitəsilə paraşütlə endirdik. Yanvarın 18-i isə sözügedən şəhərə daha 40 ton yardım göndərdik. Pis hava şəraitindən dolayı mülki şəxsləri hədəf almamaq üçün yalnız Latakiya və Deyr Əz Zor şəhərlərində uçuşlar həyata keçirdik. Deyr Əz Zorda İŞİD-in düşərgəsini məhv etdik. Bu şəhərinin Bqeliya bölgəsində isə İŞİD-ə aid atış poliqonunu və yanacaq anbarını da hədəf aldıq”./axar/
674 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber