Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2016

Rusiya hərbçiləri Türkiyə sərhədinə yeridildi

Rusiya Silahlı Qüvvələrinin 100 hərbçisi Suriyada hökumət qüvvələrinin nəzarətindəki Türkiyə ilə sərhəd Qamışlı vilayətinə göndərilib.

Bu barədə Suriya Koordinasiya Komitəsi (LCC) məlumat yayıb.

Xəbərə görə, Rusiya hərbçiləri Suriyaya məxsus hərbi təyyarə ilə Qamışlıya gətirilib. Buradan isə PYD və hökumət qüvvələrinin nəzarəti altında 154-cü alaya aparılıb.

Hərbçilərin hökumət qüvvələrinin nəzarətindəki ərazilərə yerləşdiriləcəyi gözlənilir.

Xatırladaq ki, radar, anti-radar sistemləri və topçu batalyonlarından ibarət 154-cü alay Qamışlı aerodromunu mühafizə edir.
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP