Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

İran: 20 Yanvar xalqın iradəsini qıra bilmədi

İranın "İRİB Nyus" saytında 20 Yanvar faciəsi haqqında məqalə yerləşdirilib.

AzərTac xəbər verir ki, mətndə Azərbaycan xalqı Bakı şəhərinin mərkəzinə toplaşaraq Sovet İttifaqı rəhbərliyindən azadlıq və müstəqillik tələb etdiyi yazılır. Lakin Azərbaycanın imperiyanın tərkibindən çıxmasına imkan vermək istəməyən hökumət xalqa qarşı zor tətbiq edərək şəhərə qoşun yeritdi. Azərbaycan xalqı azadlığı uğrunda mübarizədən geri çəkilməyərək cəsarət nümayiş etdirdi və Sovet ordusunun qarşısına çıxdı. Ermənilərlə birlikdə Sovet qoşunları silahsız adamlara rəhm etməyərək onların qanını tökdü.

Yazıda qeyd olunur ki, şəhid olanların xatirəsi Azərbaycan xalqı tərəfindən hər il yad edilir. 20 Yanvar faciəsi Azərbaycan tarixinə şərəf və qəhrəmanlıq günü kimi yazılıb.

Məqalədə 20 Yanvar faciəsi SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ermənilərlə birlikdə Azərbaycanda törətdiyi cinayət kimi qiymətləndirilir. Həmçinin bu hadisənin Azərbaycan xalqının iradəsini qırmadığı qeyd edilir.

Nəzərə çatdırılır ki, İranda 20 Yanvar faciəsi Azərbaycanda yaşayan müsəlmanlara qarşı dinsizlərin törətdikləri ağır cinayət kimi qəbul edilir və böyük şəhərlərin məscidlərində cümə namazı zamanı şəhidlərin ruhuna dualar oxunur.
1005 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı