Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Kartofun qiymətini kim artırır?

Monopoitslər bahalaşmanı bəhanə edib xaricdən gətirilən kartofun qiymətini artırdılar
Vahid Məhərrəmov: «Qıtlıq və yanacağın tarifinin qalxması sıçrayışlı bahalaşma yaradır»

Yanacağın qiymətinin bahalaşması artıq kənd təsərrüfatı məhsullarının dəyərində özünü göstərməyə başlayıb. Mütəxəssislər tərəfindən 20-30 faiz civarında bahalaşmanın olacağını proqnozlaşdırılsa da, reallıqda 2 dəfədən çox qiymət artımını müşahidə etdik. Belə ki, çörəkdən sonra ikinci ən strateji məhsul sayılan kartofun qiyməti 60 qəpikdən 1 manat 20 qəpiyə- 1 manat 50 qəpiyə qədər, soğan isə 40-45 qəpikdən 1 manata qədər bahalaşdı. Əgər yanacaq kənd təsərrüfatı məhsullarının maya dəyərində 20 faiz oturursa, o zaman nə üçün 2 dəfə bahalaşma baş verdi?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, buğdadan başqa, bu il bütün növ kənd təsərrüfatı məhsullarında bahalaşma hiss olunmaqdadır: «Bu il buğdanın qiymətinin qalxmamasının səbəblərindən biri onsuz da baha olması, habelə 80 manata qədər subsidiya ayrılmasıdır. Bu il badımcan və lobyanın qiyməti də 1 manatdan aşağı düşmədi. Hazırda kartof və soğanın qiymətinin bahalaşması təbiidir. Azərbaycanlı fermerlərin istehsal etdiyt faraş kartofu 3 aylıq istehlak səbətimizi ancaq ödəyir. Təqribən real olaraq, 300 min ton kartof istehsal olunur ki, onun da bir hissəsini Rusiyaya ixrac edirik».
V.Məhərəmov onu da qeyd etdi ki, beynəlxalq standartlara əsasən, adambaşına düşən istehlak norması 120 kq olduğu halda Azərbaycanda 44 kq-dır: «Ona görə də, hökumət düşünür ki, istehsal olunan kartof tam təlabatı ödəyir. Halbuki 1,1-1,2 milyon tona yaxın kartof istehsal etməliyik. Dövlət Statistika Komitəsinin statistikasına görə 1 milyon ton kartof istehsal edirik. Bu qədər kartof istehsal etsək il boyu təlabatımızı tam ödəyə bilər. Hökumətin müəyyənləşdirdiyi normaya görə 400-500 min ton tam təlabatımızı ödəyir. O zaman belə çıxır ki, yerdə qalan 500 min ton emal müəssisəsinə yönəldilir. Halbuki, Azərbaycanda nə kartof emalı olunur, nə də mal-qara yemində istifadə edilir.
Bundan əlavə, biz həm də kartofu idxal edirik. 2011-ci ildə 76,5 min ton məhsul idxal etmişik. Hələ idxal olunan rəqəmlərin yarısı gizlədilir. İran kartofunu Naxçıvana gətirirər, oradan isə yerli məhsul kimi Bakıda satılır. Belə çıxır ki, verilən statistikanın yarısı qədər məhsul istehsal olunur, idxal da gizlədilir. Hətta bu yaxınlarda Kənd Təsərrfatı Nazirliyi Gürcüstandan Azərbaycana sözügedən məhsunu idxal olunmadığını bəyan etmişdi. Amma sərhəddə dayanan kartofla dolu yük maşınları bunun əksini söyləyir».
Mütəxəssis katofun qiymətinin bahalaşmasının səbəbini yanacağın qiymətinin artması ilə yanaşı, qıtlıqla da əlaqələndirdi: «Bu il yetərincə kartof istehsal olunmayıb. İdxaldan asılılıq yaranıb. Rusiyadan bu məhsulunu gətirməkdə çətinlik yaranıb, İran məhdudiyyət qoyub. Yanacağın qiyməti bahalaşan zamanı kənd təsərrüfatı məhsullarının qiymətinin 20-30 faiz qalxacağını bəyan etmişdik. Çünki məhsulun maya dəyərindəki nəqliyyat xərcinin bu qədər artması proqnozlaşdırılırdı. Amma bunu bütün mal-məhsullara şamil etmək olmaz. Hansı məhsula ki, təklif azdır, onun qiyməti daha da qalxa bilər. Qıtlıq və yanacağın tarifinin qalxması isə sıçrayışlı bahalaşma yarada bilər. Bu il Azərbaycanda kartof istehsalında ciddi problemlər yaranmışdı. Yayda zərərvericilər geniş yayılmışdı. Fermerlər bununla mübarizədə çətinlik çəkdilər. Nəticədə bu il məhsuldarlıq ciddi şəkildə aşağı düşdü. Hökumət nə qədər şişirdilmiş rəqəmlər təqdim eləsə də, idxal olunmadığını desə də, bu gün bazar real vəziyyəti artıq göstərir. Qıtlıq və nəqliyyat xərci məhsulların dəyərini 2 dəfə qaldırıb». /Bizim yol/
1492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber