Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

İranın hərbi gücü barədə 10 fakt

British Forces News: Qüdrətli Siccil raketləri, Qədir sualtı gəmisi və SEPAH-ın Qüds briqadası İran Silahlı Qüvvələrinin mühüm göstəriciləridir.

Nuraz.in-in Fars News-a istinadlı məlumatına əsasən, İngiltərənin hərbi məsələlərdə fəal olan saytı bfbs.com bir hesabatda İran Silahlı Qüvvələrinin müdafiə və hücum gücünə işarə edərək sətiraltı olaraq regionun bəzi ölkələrinə xəbərdarlıq da etdi.
“İranın hərbi gücü barədə bilinməsi lazım olan on fakt” başlığı altında məqalə dərc edən sayt yazır: İran 2015-ci ildə Qərb supergüclərilə böyük razılaşmaya çatdı və ən qalmaqallı diplomatik böhrana xitam verdi. Lakin bu ölkənin özünün regiondakı rəqibi olan Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri görkəmli şiə bir ruhaninin edamı ilə gərginləşmişdir.
Bu ingilis saytı İran və Səudiyyə Ərəbistanı arasında baş verməsi mümkün olan müharibə barədə sual verərək, İranı “Yaxın Şərq regionunda ən böyük oyunçulardan biri” kimi dəyərləndirir və İranın hərbi üstünlüyünü bu ardıcıllıqla sayır: İranın aktiv canlı hərbi qüvvəsi 523 min nəfərdir. Bu rəqəmə İslam İnqilabı Keşikçilər Korpusu qüvvələri də daxildir. Habelə, İranın 2013-cü ildə hərbi büdcəsi 23.9 milyard dollar olmuşdur.
Səudiyyə Ərəbistanı bu baxımdan İranı 5 qat üstələyir və hərbi xərclərinə daha çox büdcə ayırır.
İranın hərbi gücündə qabarıq nəzərə çarpan məqamlardan Qədir sualtı gəmisi və Siccil raketləridir. Belə ki, hesabatda deyilir: Qədir sualtı gəmiləri dünya enerjisinin 20 %-inin keçdiyi Hormoz boğazı üçün ciddi təhdiddir.
İran habelə 2000 və 2500 km məsafəni vura bilən böyük ehtiyatda Siccil raketlərinə sahibdir.
İran SEPAH-ının Qüds briqadası İran xaricində çox mühüm əməliyyatlar, kəşfiyyat və digər addımlar atmağa qadirdir.
Bu sayt hətta Amerikanın İranın bütün hərbi qüvvələrini bir neçə həftədə məhv edə biləcəyi iddiasını edərək yazır: Əgər Vaşinqton İranın qonşularının dəstəyindən faydalansa, İrana bir neçə gündə ağır tələfat verə bilər. Əlbəttə, İran bir neçə il öncə Amerika şirkəti olan Lockheed Martinin istehsal etdiyi RQ-170 pilotsuz kəşfiyyat təyyarəsini kiber müharibə vasitəsilə öz ixtiyarına keçirməyi bacardı.
Sayt sonra Ali Məqamlı Rəhbər, Həzrət Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xaməneinin atom bombası barədə fikrinə də yer verir: İranın ali baş komandanı Ayətullah Xamənei atom silahına malik olmağı böyük günah sayır.
İran prezidenti də deyib ki, ölkəsi heç vaxt atom silahı ardınca olmayıb və olmayacaq.






1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP