Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

İşbaz, natəmiz, korrupsioner, monopolist kimdir?

Əliyev niyə ad çəkmir?

Hamı narazıdır, hamı ölkədəki problemlərdən danışır. Artıq vəziyyət o həddə çatıb ki, deputat da, nazir də, prezident də neqativlərdən danışır. Ölkə başçısının müşavirələrdəki çıxışlarına nəzər salsaq, ölkənin necə acınacaqlı vəziyyətdə olduğunu görə bilərik.

Demək olar ki, bütün çıxışlarında korrupsiyadan, süni qiymət artımından, monopoliyalardan, harın məmurlardan danışır və bu adamların cəzalanacağını bildirir. Hər dəfə komandanı başına yığıb, qanunsuzluqdan, cinayətkarlıqdan danışanda, adama elə gəlir ki, ölkə başçısı adlar çəkəcək, müşavirədə əyləşmiş bəzi adamları vəzifədən azad edəcək, ünvanlı tənqidə keçəcək və s. Amma heç vaxt bu hal baş vermir. Ölkə başçısı mücərrəd adamları tənqid edir, ümumi hədələrlə kifayətlənir.

Bəzən, Zahid Oruc, Fəzail Ağamalı, Siyavuş Novruzov da tənqidi çıxışlar edir. Onlar da neqativ halların olduğunu söyləyirlər. Amma ölkə başçısının tənqidləri, hansısa deputatın tənqidindən seçilməlidir. Tutaq ki, Zahid Oruc, Fəzail Ağamalı hansısa nazirin, komitə sədrinin, icra başçısının adını çəkməkdən çəkinir. Bəs, ölkə başçısı kimdən qorxur, o niyə günahkarları adıyla çağırmır?

Bəlkə bu işbazlar, natəmizlər, korrupsionerlər, monopolistlər hansısa mafioz dəstədir? Əgər belədirsə, elan etsinlər ki, hökumət mafiyanın əlində əsir qalıb. Bəlkə, yadplanetlilər ölkəmizi ələ keçirib və hökumti aciz duruma salıb? Əgər belədirsə, xalqa bildirsinlər ki, fövqəladə qüvvələrin əlində əsir qalmışıq.

Amma hamımız bilirik ki, reallıq tam fərqlidir. Monopoliyanın, qiymət artımının, harınlığın, korrupsiyanın başında duran yüksək vəzifəlilərdi. Ölkə başçısı da çox yaxşı bilir ki, hansı nazir hansı fəaliyyətlə məşğuldu, hansı icra başçısının hansı biznesi var.

Deməli, ölkə başçısının ünvanlı tənqidə keçə bilməməsinin səbəbi başqadır. Belə ki, sistem tamamilə çirkaba batdığına görə heç kim təmizlik tələb edə bilmir. Hamı bir-birinin yanında gözükölgəlidir, hamının kompromatı var. Ona görə də ölkə başçısı daxili auditoriyaya hesablanmış ümumi tənqidlər edir, bəzən də zəif bənd taparaq bütün pis əməlləri bir adamın üstünə yükləyirlər.

Ona görə də sistem dəyişməlidir. Elə bir sistem olmalıdır ki, ölkə başçısı günahkarı adıyla çağıra bilsin və günahlara şərik olmasın./azadlıq/
1140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00