Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

Bakıda qayın 15 gün əvvəl ata olan yeznəsini öldürdü

Bakıda ağır qətl hadisəsi törədilib.

Hadisə Bakıxanov qəsəbəsində baş verib.

15 gün əvvəl ata olan 25 yaşlı Asif Tahir oğlu İsmayılov atası evində olan həyat yoldaşı və övladına baş çəkməyə gelib. Bu vaxt Asif İsmayılovla 20 yaşlı qaynı Ziya Dilən oğlu Əzizov arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəni bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gələrək təslim olub.

İlkin məlumata görə, qətlə borc söhbəti səbəb olub. Belə ki, Asif İsmayılovun qayınatası onun bacısından 2000 manat sələm alıb. Alınan borc vaxtında qaytarılmaylb və Asifin bacısı narazılığını bildirib. Bu səbəbdən Asiflə qaynı Ziya arasında mübahisə düşüb./musavat/
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18