Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

“MTN İŞİ”: HƏR AY 5 MİLYON MANAT!

“MTN İŞİ”: HƏR AY 5 MİLYON MANAT! – Mahmudovun “qara kassa”sının sirləri

Ölkədə son aylar bir-birinin ardınca baş verən hadisələr – əvvəlcə Nardarandakı qəfil əməliyyat, sonra “Günəşli” yatağındakı faciə və manatın kəskin devalvasiyası, iqtisadi böhran “MTN işi” adlanan son 10 ilin ən sensasion cinayət işindən diqqətləri xeyli dərəcədə kənarlaşdıra bilib.

Xüsusən manatın 50 faizlik ikinci devalvasiyasından sonra meydana çıxan sosial-iqtisadi problemlər, bahalaşma və işsizliyin artması “MTN işi”ni gündəmin ön sıralarından sıxışdırıb, arxa plana keçirib. Halbuki, bu gün ölkənin qarşılaşdığı çətinliklərin əsas səbəblərindən biri də məhz sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun “General bandasının”, eləcə də onlara bağlı şəbəkənin ötən illər ərzində iş adamlarının, sahibkarlaın başlarına açdığı oyunlar, 10 milyardlarla vəsaiti qanunsuz yollarla ölkədən çıxarmaları olub desək, yəqin ki, səhv etmiş olmarıq. Eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) birbaşa öz funksiyasını həyata keçirməməsi son 10 ildə 100 milyarddan artıq vəsaitin xaricə daşınmasına şərait yaradıb ki, bunun da ağır nəticələrini bu gün bütün ölkə yaşamaqdadır…

Rəsmi ittihamlarda da MTN-dəki “təmizliyin” və həbslərin səbəbi kimi Eldar Mahmudovun başına topladığı “General bandası”nın soyğunçuluq və quldurluqla məşğul olması göstərilib. Belə ki, bu banda iş adamlarının əmlakının zorla əlindən alınmasından tutmuş, adam oğurluğuna, qətllərə qədər, ən müxtəlif cinayətləri həyata keçirib. Ölkədə çox az sayda iş adamı, məmur, ticarətçi tapmaq olar ki, bu banda ilə üzləşməsin. Bütün imkanlı insanların qapısını döyüb, ya birdəfəlik böyük miqdarda, ya da illik və ya aylıq haqq alıblar. Vermək istəməyənləri özünə və ailə üzvlərinə işgəncələrlə buna məcbur ediblər.Eyni zamabda yüksək vəzifəli şəxsləri, tanınmış insanları gizli dinləyərək, onları şantaj ediblər.

Məhz qeyd olunanlara əslanaraq, bu gün qeyri-neft sektorunun hədsiz dərəcədə zəif inkişaf etməsinin, ölkənin valyuta ehtiyatının qısa müddətdə əriməsinin əsas gühahkarları sırasında, maliyyə-bank sektoruna rəhbərlik edənlərdən daha çox Eldar Mahmudovun və onun bandasının, eləcədə onlara bağlı şəbəkənin məsuliyyət daşıdığını söyləyə bilərik.
Ancaq ortada olan məlumatlar göstərir ki, ona olan etimaddan maksimum yararlanan Eldar Mahmudov və ətrafındakılar bunlarla da kifayətlənməyib, siyasi hakimiyyətə qarşı hansısa planın içində olublar. Dövlət çevrilişinə hazırlaşırdılar, yoxsa növbəti şeçkidə “məxməri dəyişiklik” planlaşdırırdılar, bunu söyləmək çətindir.
Ancaq , dövlət içində dövlət yaradan Eldar Mahmudov və bandasının planlarının sadəcə milyardlarla dollar pul yığmaqla yekunlaşmadığı şübhə doğurmur. Onun Rabitə Nazirliyini öz nəzarəti altına alması, digər strukturlarda yüksək vəzifələrə öz adamlarını yerləşdirməsi və ya vəzifəli
şəxsləri MTN-çi çeteyə üzv etməsini də məhz gələcək planları ilə bağlamaq olar. Bu planların nə olduğuna yəqin ki, istintaqın sonunda aydınlıq gətiriləcək.

İndilik sadəcə onu demək mümkündür ki, bir zamanlar kəsdiyi başa sorğu-sual olmayan Eldar Mahmudov, MTN daxilində və müxtəlif nazirliklərdə yaratdığı şəbəkənin vasitəsilə məqsədyönlü şəkildə Azərbaycan dövlətinin dayaqlarını məhv etməyə yönəlik siyasət həyata keçirib. Şəbəkənin sıradan çıxarılması barədə qərarın qəbulunun əsas səbəbini də məhz onların XƏYANƏTİNİN qəti olaraq təsdiqini tapması ilə bağlamaq olar .

Təsdiqini tapan daha bir fakt isə odur ki, Eldar Mahmudov və bandası iş adamları ilə kifayətlənməyərək, bir sıra dövlət qurumlarından da aylıq haqq toplayıb. Təbii ki, bütün bunlar Respublika Prokurorluğunda aparılan istintaq nəticəsində sübut olunub. Mötəbər məbələrdən “AzPolitika.info”ya verilən məlumata görə, istintaq yolu ilə müəyyənləşdirilib ki, MTN-in “qara kassası”nın aylıq həcmi 50 MİLYON MANAT ətrafında olub! Bu məbləğin toplanmasında isə, bir neçə dövlət qurumundan stabil aylıq daxilolmaların böyük payı olub.

Mahmudov və bandasına aylıq haqq verən dövlət qurumlarından biri ilə bağlı bir müddət əvvəl məlumat vermişdik. Söhbət Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gedir. Həmin məlumatda bildirilirdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini “MTN-çi banda”nın poliqonuna çevirən Əli Abbasov, həmçinin Eldar Mahmudova ən böyük “haqq” ödəyən dövlət strukturunun rəhbəri olub. “İstintaq yolu ilə təsdiqini tapmış məlumata görə, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN STRUKTURLARI HƏR AY ELDAR MAHMUDOVA 10 MİLYON MANAT “XƏRAC” ÖDƏYİB! Belə bir faktın ortaya çıxması şok yaradıb. “Prezident tərəfindən bu yüksək vəzifəyə təyin olunan nazirlərin birinin digərinə aylıq “haqq” verməsi faktı, hakimiyyətin zirvəsində qəzəb doğurub və bu səbəbdən, Əli Abbasov da vəzifəsindən dərhal azad olunub, ev dustağına çevrilib” dəyə məlumatda qeyd olunurdu.
Ancaq MTN şefinə aylıq haqq verən, onunla qanunsuz işbirliyində olan yüksək vəzifəli şəxs yalnız Ə.Abbasov olmayıb. Bu gün də yüksək vəzifə tutan şəxslər arasında vaxtilə Eldar Mahmudovla geniş “işgüzar” əlaqə quranlar, ona, necə deyərlər “iş verənlər”, həmçinin MTN-dəki bandaya sifarişlər verib, adam tutduranlar var. Güman edirik ki, zamanla bu faktların hamısının üstü açılacaq. Necə ki, bir qismi haqqında cəmiyyət artıq məlumatlıdır və günlər keçdikcə, yeni-yeni faktlar açılmaqdadır.

Məsələn, bugünlərdə Eldar Mahmudova stabil haqq verən dövlət qurumlarından birinin də adı məlum olub. “AzPolitika”ya daxil olan məlumata görə, Rabitə Nazirliyindən sonra Mahmudova ən böyük haqq verən dövlət qurumu Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olub! MƏBLƏĞ, AYLIQ TƏXMİNƏN 5 MİLYON MANAT TƏŞKİL EDİB!

Təsadüfi deyil ki, Eldar Mahmudov işdən çıxarılması və MTN-də həbslərin, istintaqın başlamasından qısa müddət sonra – noyabr ayının 30-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov, müavini ilə birlikdə tutduğu vəzifədən uzaqlaşdırıldı. Məhəmməd İmanov və müavininin vəzifəsindən azad edilməsinin “MTN işi” ilə bağlılılğı olmasına dair əsaslı şübhələr var. Elə Mahmudovla əlaqədə olanların “deşifrə” prosesinin ən aktiv dövründə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun köhnə dostunu vəzifədən çıxarması da bu ehtimalı xeyli yüksəltmişdi…

İlkin məlumatlarda bu işbirliyinin məlumat mübadiləsi şəklində olduğu bildirilirdi. Belə ki, Eldar Mahmudovun “General banda”sının iş adamlarına qarşı soyğunçuluq fəaliyyətində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinın Dövlət Reyestri Xidmətinin “xidmətlərindən” də yararlandığına dair iddialar var. Daha dəqiqi, hədəfə götürülən iş adamlarının, məmurların əmlakları barədə müfəssəl məlumatların MTN banditlərinin əlində olması bu iddiaları ortaya çıxarmışdı. Təbii ki, bəzi konkret faktlar, məlumatlar da belə düşünmək üçün əlavə əsaslar yaradırdı.

M.İmanov vəzifəsindən uzaqlaşdırılandan dərhal sonra Reyestr Xidmətinə yaxın mənbə “AzPolitika.info”ya məlumat vermişdi ki, Kərəm Həsənovun bu qərarı təsadüfi deyil, belə ki, MTN-in “killer” generalı Akif Çovdarovla Məhəmməd İmanov arasında yaxın dostluq münasibətləri olub. Bu dostluğun isə, Çovdarovun vaxtilə hansısa bir işə görə Məhəmməd İmanovu “ilişdirərək” külli miqdarda pulunu almasından sonra yarandığı iddia edilirdi…
Yəni, bu və digər məlumatlar Xidmətin həmin vaxt rəhbərliyində olan şəxslərin Mahmudovun “General banda”sı ilə işbirliyində olduğunu təsdiqləyir: birbaşa və ya dolayısıyla…

Ancaq indi “MTN işi” istintaqının gedişindən məlumatlı mənbənin saytımıza ötürdüyü yeni məlumatlar belə deməyə əsas verir ki, sözügedən işbirliyi sadəcə Mahmudovun soyğunçu bandasını zəruru məlumatlarla təmin etməkdən ibarət olmayıb. Eyni zamanda “MTN katyolu”na aylıq stabil ödəniş də olunub. Hansı ki, bu vəsait vətəndaşlardan, iş adamlarından, tikinti şirkətlərindən rüşvət və korrupsiya yolu ilə toplanıb.

Əlbəttə, Məhəmməd İmanovun şəxsən Mahmudovun gizli planlarının iştirakçısı olduğunu iddia etmək fikrindən uzağıq. Ola bilsin ki, Xidmət rəisi MTN generalları ilə əməkdaşlıq etmək məcburiyyətində qalıb. Məsələn, MTN generallarının Xidmətdən məlumatları gizli əməliyyat üçün tələb edərək, alması da mümkündür.

Eyni zamanda o da istisna deyil ki, Məhəmməd İmanov sadəcə verilən tapşırığ yerinə yetirib. Nə məlumatların, nə də pulun hansı məqsədlərlə alınmasından xəbəri olub. Bəlkə də bu üzdən M.İmanov rəis vəzifəsindən çıxarılsa da, eyni qurumda kiçik də olsa başqa vəzifə ilə təmin edilib. Kimlərsə onun həqiqətləri açıb danışmasından qorxub. Kimlər?
1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber