Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

"Bu günkü klana, hökumətə heç kəs təsir edə bilmir"

Leyla Yunus: “Anar Məmmədlinin həbsi onu göstərir ki, bu günkü klana, hökumətə heç kəs təsir edə bilmir”

Azərbaycanda fəaliyyət göstərən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzindən bir neçə ay idi ki, prokurroluq tərəfindən axtarış və araşdırma aparılırdı. Amma dünəndən artıq bu qurumun rəhbəri Anar Məmmədli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Məhkəmədən verilən məlumata görə, A. Məmmədli Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi ilə (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək) ilə ittiham olunur.

Anar Məmmədlinin həbsi barəsində Deyerler.Org-a fikirlərini bölüşən hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, Azərbaycanı da Orta Asiya respublikalarının vəziyyətinə salmaq cəhdləri müşahidə olunur: “Mən proqnozlaşdırırdım ki, seçki vaxtı tutulan şəxslərin seçkidən sonra məhkəmələri olacaq və onlara ağır cəzalar veriləcək. Mən düşünməmişdim ki, seçkidən sonra yenə həbslər davam edəcək. Çünki seçkidən qabaq 30 nəfərdən çox insan tutulub. Anar Məmmədlinin həbsi onu göstərir ki, bu günkü klana, hökumətə heç kəs təsir edə bilmir. İqtidar beynəlxalq təşkilatların müraciətlərinə heç bir dəyər vermir. Digər tərəfdən isə Azərbaycanı da Orta Asiya respublikalarının vəziyyətinə salmaq cəhdləri müşahidə olunur. Yani müstəqil mətbuat olmasın, müstəqil QHT olmasın, heç kim azad söz və azad fikir haqqında düşünməsin”.
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı