Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

Gədəbəydə gərginlik

Məlum bahalaşmadan sonra ölkənin bir sıra rayonlarında baş tutmuş etiraz aksiyaları gündəmin əsas mövzularındandır. Əslində isə həmin etirazlar rayon rəhbərliyinin əhaliyə diqqətsiliyindən baş tutdu, və məlum oldu ki, idarəçilikdə ciddi problemlər məhz hansı rayonlardadır.

Diqqət yetirdinizsə, etirazların baş qaldırdığı rayonlardakı dözülməz durumla bağlı buna qədər də ölkə mətbuatında tənqidi məqalələr dərc olunur, buradakı nöqsanlar konkret faktlarla təqdim olunurdu. Artıq etiraz aksiyalarının baş verdiyi rayonlarda vəzifə sahiblərinin həbsi (konkret olaraq Füzuli rayonunda icra nümayəndəsinin həbsi-red) də sübut edir ki, mərkəzi hakimiyyət idarəçilikdə ciddi nöqsanlara yol vermiş məmurları bağışlamaq niyyətində deyil.
ramiz
Yaxın günlərdə cəzalandırılacaq məmurlar sırasında Gədəbəy rayonunun icra başçısı Ramiz Yediyarov da var.

Daxil olan məlumatda iddia olunur ki, 2010-cü ildən rayona rəhbərlik edən Ramiz Yediyarov Gədəbəydə dözülməz mühit formalaşdırıb. Rayonda əhalinin məşğulluğu üçün mövcud imkanlardan səmərəli istifadə olunmayıb, sahibkarlara qayğıdan isə ümumiyyətlə söhbət açmağa dəyməz.

Odur ki, rayonlarda sosial tələblərlə başlayan kütləvi aksiyaların Gədəbəyə sıçraya biləcəyi ehtimalı yüksək qiymətləndirilir. Bu halda isə Ramiz Yediyarov təkcə vəzifəni itirməklə canını qurtaracağı inandırıcı görünmür./xalq/
1006 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat