Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2016

İsrailin müharibə naziri: İŞİD İrandan yaxşıdır

Sionist rejim olan İsrailin müharibə naziri Moşe Yaalon İranı İsrailin ən mühüm düşməni olaraq qeyd edib və deyib: Əgər İŞİD-lə İran arasında seçim etməli olsam, İŞİD-i seçərdim.
Nuraz.in-in əl-Aləm-ə istinadlı məlumatına əsasən, o deyib: Bəzən Amerikaya arxalanırıq və bəzən də naümid oluruq. Çünki amerikalılar İranı öz şərikləri sayırlar. Halbuki İran bizim ən böyük düşmənimizdir.
Milli Təhlükəsizlik Araşdırmaları Konfransında iştirak edən Yaalon deyib: İsrailə hücum dünyada gülünc səslənir. Çünki bizimlə müharibə hətta ərəb ölkələri arasında da ön planda deyil. Lakin Avropa İttifaqında hələ də bizimlə problemi olan ölkələr var. Halbuki, Avropadakı suriyalı qaçqınların sayı fələstinlilərdən çoxdur.
Sionist rejimin bu nazirinin açıqlamaları radikal ekstrimist kabusunun bütün dünyanı qorxuya saldığı və dünya İŞİD təhlükəsindən qorxduğu bir zamanda baş verir. Hamı bilir ki, bu cərəyanın onların coğrafi sərhədlərinə nüfuzu onların hamısının məhv olmasına səbəb olacaqdır. Lakin bu vəhşət və narahatlıq dolu bir atmosferdə təkcə sionist rejim qəti narahat deyil.
Yaxın Şərqdə təkcə sionist rejim İŞİD-dən narahat deyil. Hətta zahirdə də ondan narazılığını bildirmir. İndiyə qədər bütün dünyanın yekdilliklə terrorçu adlandırdığı qrupa qarşı bir dəfə də mənfi mövqe nümayiş etdirməyib. Halbuki, sionist rejim olan İsrail İranın nüvə məsələsinin həllindən olduqca narazı görünür.
İndiyə qədər sionist rejim olan İsrailin İŞİD-lə əməkdaşlığı və ona yardımları barədə bir çox xəbərlər yayımlanıb.
Sionist rejim olan İsrail İŞİD yaralılarını müalicə edir, onları silah-sursat, qida və geyimlə təmin edir və bəzən də öz qırıcılarını işə salaraq Suriyaya təcavüz edərək İŞİD-ə qarşı döyüşən Suriya zabit və əsgərlərini hədəfə alır.
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı