Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

"Sadovod" bazarındakı yanğının səbəbi açıqlandı

Moskva polisi bazar ertəsi "Sadovod" bazarında baş verən yanğının ilkin səbəblərini açıqlayıb. Ans-in İnterfax-a istinadən verdiyi məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub. Nəticədə 40 ədəd ikimetrlik metal konteyner yanıb, ticarət povilyonlarının konstruksiyaları zədələnib. Dəyən zərərin məbləği hələlik müəyyənləməyib. Xoşbəxtlikdən yanğın zamanı insan tələfatı olmayıb.

Xatırladaq ki, 16 dekabr tarixində - bazar ertəsi gecəsi "Sadovod" bazarında güclü yanğın baş verib. Yanğın barəsində siqnal "01" xidmətinə saat 00:37-də daxil olub. 10 dəqiqədən sonra ilk yanğın-xilasetmə bölməsi hadisə yerində olub.

Səhər saat beşə beş dəqiqəv qalmış yanğın məhdudlaşdırılıb, saat səkkiz radələrində isə təmamən söndürülüb.

Hadisə yerində 29 ədəd texnika və Moskva Fövqalədə Xidmətinin 111 əməkdaşı işləyib.
1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP