Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2016

Moldova hökuməti xalqın tələblərinə "yox" dedi - Mitinqlər davam edəcək

Moldovanın paytaxtı Kişinyovda hökumətlə etirazçılar arasında danışıqlar başlayıb.

Pezident iqtamətgahında keçirilən görüşdə parlament sədri Andirian Kandu və nümayişlərin təşkilatçılarından Sosialist Partiyasının sədri İqor Dodon, «Bizim Partiya»nın sədri Renato Usatıy, «Ləyaqət və həqiqət» Vətəndaş Hərəkatının lideri Andrey Nestase iştirak edib.

Bu, son etirazlardan sonra hökumətlə müxaliflər arasındakı ilk dialoqdur.

Görüşdən sonra açıqlama verən Andrian Kandu bildirib ki, etirazçıların tələblərini yerinə yetirə bilməzlər: «Onlar hökumətin legitimliyini tanımırlar və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Növbədənkənar seçki üçün heç bir tutarlı səbəb yoxdur».

Kandu situasiyanı stabilləşdirmək üçün hökumətə vaxt verilməsinə çağırış edib.

Parlamentdəki dünənki qarşıdurmanı pisləyən spiker hesab edir ki, siyasi fikirayrılığına görə vətəndaş qanının axması yolverilməzdir.

Müxalifət isə etirazlara və mitinqlərə davam edəcəyini bildirib.
Andreya Nestase tələblərindən geri çəkilməyəcklərini deyib: «Parlament binası önünə yüzminlərlə insan tolaşanda bu kriminal hökumət xalqın təzyiqi ilə geri çəkilməyə məcbur olacaq».

Xatırladaq ki, dünənki qarşıdurmada 31 nəfər xəsarət alıb. Onlardan 27-si polis, 4-ü mitinqçidir./strateg/
759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:18