Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2016

Rüfət Səfərov həbsdən buraxıldı

Bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb.

Bu barədə məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə onların vəsatətini təmin edərək R. Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

R. Səfərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov ŞƏRLƏNƏRƏK Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur./apa/
673 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<