Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Yeni nazir də müəmmalı əsgər ölümlərinin qarşısını ala bilmədi

Azərbaycanda ən ciddi etiraz aksiyalarından biri əsgər ölümlərinə etiraz aksiyası olub. Bu baxımdan yeni hökumətin quruculuğu vaxtı müdafiə nazirinin dəyişilməsi ictimaiyyətdə ümid yaratdı ki, bu cür halların artıq qarşısı alınacaq. Amma son ölüm hadisələri bir daha sübut etdi ki, hərbi sahədəki neqativ hallar aradan qalxmayıb. Belə ki, Naftalanın "N" saylı hərbi hissəsində dünyasını dəyişən əsgər 19 yaşlı Orxan Alıyevin atası iddia edir ki, oğlu yataqda əsgər yoldaşları tərəfindən boğulub. Amma hərbi hissədən valideyinlərə əsgərin ürək çatışamazlığından vəfat etdiyi bildirilib.

Komandirlərin məsuliyyətlərinin artırılmasını zəruri sayan hərbi-ekspert Üzeyir Cəfərli Deyerler.Org-a bildirib ki, nazirliyə dünyanın ən məhşur sərkərdəsini gətirib qoysaq, yenə ciddi dəyişiklik yaranmayacaq: “Kimliyindən asılı olmayaraq, hər hansısa bir şəxs baş verən hadisələrin qarşısını almaqda fövqəl gücə malik deyil. O cümlədən Zakir Həsənov da əsgər ölümlərinin qarşısını necə ala bilər? Halbuki, əsgər ölümləri ayrı-ayrı bölgələrdə baş verir.

Sonuncu ölüm hadisəsi ilə bağlı mən də dərin təəssüf hissi keçirirəm. Mərhum əsgərin atasının iddiasına görə Orxan Alıyev əsgər yoldaşları tərəfindən boğularaq öldürülüb. Çünki əsgər idmançı olub və sağlamlığından bir şikayəti olmayıb. Hər bir şey ola bilər. Bu faktla bağlı prokurorluq da araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra bunun qətl hadisəsi ya ürək çatımamazlığı olmasını demək olar. Bəzən belə faktlar olub ki, əsgərin hər hansı xəstəlik və ya qəza nəticəsində öldüyü iddia olunur. Amma araşdırmalar əsgərin qətlə yetirildiyini ortaya çıxarır.

Bu baxımdan düşünürəm ki, nazirliyə dünyanın ən məhşur sərkərdəsini gətirib qoysaq, yenə ciddi dəyişiklik yaranmayacaq. Burada yerli komandirlərin, həkimlərin öz vəzifə borclarına necə yanaşmasından çox şey asılıdır. Yerlərdə komandirlərin məsuliyyəti artırılmalıdır. Əsgərlərə öz doğmaları kimi yanaşmalıdırlar. Əgər əsgərlərə bu cür yanaşmalar olarsa, müşahidə olunan neqativ hallara tez-tez rast gəlmərik”.
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber