Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

Həbsdəki ilahiyyatçının səhhəti ağırlaşıb

“Səhhəti pisləşdiyinə görə, bir neçə gün öncə Fərhad Mirzəni Penitensiarın Mərkəzi Tibbi Mərkəzinə aparıblar. Hazırda səhhəti yaxşı deyil”.

Bu sözləri islamazeri.az-a “Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin üzvü, həbsdə olan ilahiyyatçı Fərhad Mirzənin həyat yoldaşı Vüsalə Muradova bildirib.

Onun sözlərinə görə, dünən həyat yoldaşı ilə telefon əlaqəsi yarada biliblər:

“Mənəvi ruhiyyəsi yüksək səviyyədə olmasına baxmayaraq, səhhətinin pis olması açıq aşkar biruzə verir. Bir müddət əvvəl ağciyər və qaraciyərində şiddətli ağrıları tutub və o, Penitensiarın Mərkəzi Tibbi Mərkəzinə aparılıb. Bir neçə gündən sonra isə yenidən onu Kürdəxanıya qaytarıblar. Kameralar soyuq olduğuna görə, kurtkada yatır. Xəstəlik səbəbindən vərəmə yoluxma riski çoxdur. Reseptlə dərmanlarını özünə verə bilmişik. Həkimi deyir ki, müalicəsi davam etməsə vəziyyəti daha da ağırlaşacaq.”

Qeyd edək ki, Fərhad Mirzə “Hepatit C” xəstəliyindən əziyyət çəkir.

O, ACM-nin 228.1 (silah gəzdirmə) və daha bir neçə maddəsilə ittiham olunur. Fərhad Mirzə “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı