Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

70-80 milyon manat xərclənən Gül Bayramı ölkə iqtisadiyyatına hansı faydanı verir?

Bu qədər vəsaitlə meyvə şirəsi, kərpic zavodları, yem kombinatı və istilikxana tikmək mümkündür

Azərbaycan hökuməti neftdən əldə olunan gəlirləri daşa, divara xərclədikdən sonra artıq çətin duruma düşüblər. Ard-arda iki devalivasiya da göstərdi ki, ölkədə normal iqtisadiyyat yox imiş.

Neft dollarlarına gəldikdə isə onların bir qismini də müxtəlif adlı bayramlara xərcləyiblər ki, dəyərləri milyonlarla manatla ölçülür. Məsələn, hökumət etiraf edir ki, hər il Gül Bayramına 70-80 milyon manat vəsait sərf edir. Bu bayramın ölkə iqtisadiyyatına hansı fayda verdiyi isə məlum deyil. Amma bu pula nələr etmək olardı?

Jurnalist Rəşad Rüstəmov xərclənən pullarla bağlı maraqlı araşdırma aparıb. Sosial şəbəkələrdə yaydığı xəbərdə də təkcə 15 milyon dollara hansı istehsal müəssisələrinin yaradılmasının siyahısını verib.

Rəşad Rüstəmov yazır ki, saatda 6000 litr meyvə şirəsi istehsal edən hazır zavodun dəyəri 2 milyon dollardır. Buraya hətta tam montaj xərci də daxildir.

Təsərrüfatlarda saxlanılan iri və xırda buynuzlu, habelə quşçuluqda istifadə olunan yemlərin istehsalı fabrikini qurulub, istifadəyə verilməsinə 2,5 milyon dollar vəsait lazımdır. Həmin kombinatın günü isə günlük 40 ton olmaq şərtiylə.

Günlük istehsalı bir neçə min ədəd olan krpic zavodunun tikilərək istifadəyə verilməsinə 5 milyon dollar vəsait lazımdır ki, bunu da əksər rayonlarda inşa etmək mümkündür.

Hər birinin illik istehsal gücü 200-300 ton olan istilikxanaların inşa edilməsinə isə ortalama 5-6 milyon dollar sərf olunur.

P.S. Bu əsnada maraqlı bir məqamı da diqqətinizə çatdıraq. Hal hazırda Azərbaycanda fəaliyyət göstərən «Palsüd» şirkətinin təkcə Lənkəranda fəaliyyətdə olan süd emalı zavodunun başa gəlmə xərci 6 milyon avro olub. Amma bu zavodun istehsal gücü sayəsində hazırda 1500 ailə oradan maddi cəhətdən faydalanır. Təsəvvür edin ki, milyardlarla vəsaitə parklar deyil, zavodlar tikilsəydi, bu gün Azərbaycanda hansı mənzərə yaranmış olardı./jam/
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50