Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

Şəhidləri ziyarət etdiklərinə görə saxlanıldılar - AĞSTAFADA

İcra başçısının göstərişinə əsasən Şəhidlər Xiyabanında anım mərasimi keçirən müxalifətçiləri 2 saat şöbədə saxladıqdan sonra sərbəst buraxıblar

Hər il olduğu kimi, 20 Yanvar Milli Matəm Günü ölkənin hər yerində müxtəlif səviyyəli tədbirlər keçirilir. Bakı başda olmaqla, rayonlarda Şəhidlər Xiyabanı ziyarət olunur. Lakin bu il Ağstafada ziyarətə gedənlər tamam başqa bir mənzərə ilə qarşılaşıblar.

Ağstafa rayonunda yerli müxalifət partiyalarının fəalları və üzvləri 20 Yanvar şəhidlərini anmaq məqsədi ilə Şəhidlər Xiyabanına gedərkən, polislə aralarında insident yaranıb. Bu barədə sosial şəbəkələrdə Anar İsmayılzadə məlumat yayıb.

Onun verdiyi məlumata görə, yerli polis şöbəsinin əməkdaşları ziyarətçilərin qarşısını kəsərək, onları anım mərasimi keçirməyə imkan verməyiblər. «Danışıqlardan sonra Şəhidlər Xiyabanına getdik və ziyarət etdik. Ziyarət qurtardıqdan sonra Ağstafa Polis Şöbəsinin rəisi Vahid müəllimin əmrinə əsasən elə xiyabandaca həbslər başladı. Pərviz Mahmudov və daha 3 nəfər saxlanılaraq, şöbəyə aparıldı. 2 saat sonra isə sərbəst buraxıldılar».

Qeyd edək ki, indiyə qədər belə bir hadisə hələ heç bir rayonda qeydə alınmayıb. Əksinə, yerli icra orqanları ümumi məsələlərdə maksimum dərəcədə sakit tərzdə mərasimlərin sonna çatmasına imkan yaradıblar. Ağstafada isə faktiki vəziyyətin yaranmasının səbəbi isə icra başçısı Məhərrəm Quliyevin rolu olduğu deyilir. İcra başçısı son devalivasiyadan sonra bahalaşmanın qarşısını almaq gücündə olmadığı üçün rayonda hər an narazılığın yarana biləcəyindən əndişələnir. Ona görə də, Ağstafada 5-6 adam bir yerə yığışan kimi, onların dağıdılması göstərişini verib./jam/
728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı