Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

“Mən heç kimə yalvarmamışam, yalvarmaram, yalvarmayacağam da” - Qiyamçı müstəntiq

Rüfət Səfərov azadlığa çıxdı… bir neçə saat sonra hakimiyyətə meydan oxudu…
“Rədd olsun ev dustaqlığı, yaşasın zindan!”

Sabiq müstəntiq, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov sərt bəyanatlarına davam edir. Yanvarın 22-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə azadlığa çıxan R.Səfərov son statuslarından birində yenə də mövqeyinin dəyişmədiyini bildirib. R.Səfərov statusunda aşağıdakıları qeyd edib: “Mənim statusum başda gözəlim Sabiroğlu olmaq şərtilə… Dustaq yenicə çıxıban fikirlərini ərz edib… Ailəmin xoşuna gəlməyib. Evdən çıxıb dostlarla görüşəndə hesabıma daxil olub, statusu siliblər! Beləliklə: 1. Mənə qarşı irəli sürülən ittihamı rədd edirəm! 2. Bütün azad mediaya bəyan edirəm ki, mən heç kimə yalvarmamışam, yalvarmaram, yalvarmayacağam da. Mən şərəflə doğulmuşam, şərəflə yaşayıram, şərəflə də öləcəyəm! İrəli sürülən ittihamı absurd teatrı adlandırıram! Qorxmuram! Rədd olsun ev dustaqlığı, yaşasın zindan Azadlıq!”


Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir./musavat/
841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı