Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Əsəd ordusu inamla irəliləyir

Hökümət ordusu Dəməşqin əl-Hüseyniyyə və əz-Ziyabiyyə qəsəbələrini nəzarətə alıb
Suriyada Dəməşqətrafı əyalətdə tərəflərin qarşıdurmaları davam edir.

SalamNews-un “əl-Məyadin” telekanalına istinadla verdiyi xəbərə görə, hökümət ordusu paytaxtdan beynəlxalq hava limanına gedən yolun yaxınlığında yerləşən əl-Hüseyniyyə və əz-Ziyabiyyə qəsəbələrinin nəzarətini ələ keçirib. Hazırda qəsəbə küçələrinin təmizlənməsi əməliyyatları keçirilir.

Dəməşqin digər rayonu “Cubər” də isə onlarla radikal silahlının əsir düşdüyü bildirilib. Məlumata əsasən əsirlər arasında Britaniya, Fransa, Rusiya və Əfqanıstan kimi ölkələrin vətəndaşları var. Onlardan bəzisinin Taliban hərəkatına mənsub olduğu deyilir.

Dəməşqdə Mərkəzi Bankın binası silahlıların atdığı minamyotlarla hədəfə alınıb.

Ölkədə gedən qarşıdurmaların ən şiddətlisi İdlibin Mərətun-Numan rayonu və ətraf bölgələrdə baş verib.

Bu arada BMT-gələn son açıqlamaya görə, 2014-cü ildə suriyadan ölkə xaricinə sığınan məcburi köçgünlərin sayı daha 2 milyon artacaq.
1653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı