Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2016

İcra başçıları niyə həbs olunmur?

Hökumətin «ədalət»i sərhəd tanımır

Təbii ki, bütün neqativlər hökumətin başında duranlardan qaynaqlanır. Yəni, harın, korrupsioner, zülmkar məmurlar bu sistemin yetirməsidir və sistemin “zakaz”ına uyğun oynayırlar. Amma həmişə cəmiyyətə o mesaj verilib ki, bütün günahlar aşağı məmurlardadı. O zaman sual ortaya çıxır ki, bəs bu üçüncü, beşinci dərəcəli adamlar niyə həbs olunmur, niyə uzun illərdi mənfi reputasiyalı adamlar meydan sulayır?

Məsələn, bugünlərdə 5-6 rayonda etiraz aksiyaları oldu və həmin rayonların icra başçıları adekvat olmayan münasibət sərgilədilər. Biri vətəndaşları ekstremist kimi qələmə verdi, biri içkili adamların səs-küyü kimi təqdim etdi, o biri müxalifətin təxribatı adlandırdı. Cəbrayılın icra başçısı birbaşa “tərif” yağıdırdı. Amma məsələ bununla da bitmir. Bugünlərdə Hesablama Palatası icra başçıları ilə bağlı şok hesabat yaydı. Məlum oldu ki, Səbail, Mingəçevir, Xaçmaz və digər rayonların icra hakimiyyətlərində ciddi nöqsanlar, yeyintilər, qanunsuzluqlar aşkar edilib. Bundan əvvəl də Hesablama Palatasının hesabatlarında müxtəlif qurumları ilə bğalı ciddi faktlar yer almışdı. Bəli, bu faktları hansısa müxalifət lideri, beynəlxalq araşdırmaçı jurnalist demir, dövlət strukturu ortaya çıxarır.

Belə olan halda, nöqsanlarla bəzənmiş icra başçıları niyə həbs olunmur, niyə bu adamların fəaliyyəti ifşa edilmir?

Necə olur ki, günahsız, ləyaqətli, cəmiyyətdə hörmətlə qarşılanan insanlar şərlənərək həbs edilir, amma çirkaba bulaşmışlara söz deyən yoxdur? Hansıki, dövlətə xəyanət edən, dövlətin imicini korlayan, vergidən yayınan, dələduzluq edən məhz bu vəzifəli şəxslərdi. Hesablama Palatası ortaya fakt qoyur ki, Ilham Əliyevin şəxsən təyin etdiyi adamlar, yarıtmaz işlərlə məşğuldu. Bəli, müxalif fikirli insanlara qarşı irəli sürülən saxta ittihamlar, əslində hökumətin öz kadrlarına yapışacaq ittihamlardı.

Icra başçıları rayonlarda at oynadır, yeni təyin olunan köhnənin qanunsuz əməllərindən danışır və sonda məlum olur ki, vəzifəsinin öhdəsindən gələ bilməyən icra başçısı, daha yaxşı bir rayona təyinat alıb. Ilham Əliyev uzun illərdi bu kiçik padşahların sadəcə yerini dəyişir. Bu ona bənzəyir ki, Bakıda qətl törətmiş adamı, Gəncəyə göndərməklə cəzalandırırsan. Istənilən icra başçısının saysız-hesabsız obyekti var və rayon camaatı da bilir ki, hansı obyektlər icra başçısına məxsusdur.

Bir sözlə, hər şey göz qabağındadır və danılası heç nə yoxdur. Sadəcə olaraq iradə, ədalətli mövqe və qətiyyətli addım lazımdır. Hələ ki, bu addım görünmür və günahkarlar xoşbəxt həyatlarına davam edir. Həmişəki kimi 20-ci dərəcəli adamlar cəzalandırılır, boş-boş hədələr, barmaq silkələmələri müşahidə olunur. Yəni, hökumətimizin “ədalət”i sərhəd tanımır.

Samir
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı